Diqqət :

Bacı-qardaş qısqanclığı: Valideynlər nə etməli?

Bacı-qardaş qısqanclığı: Valideynlər nə etməli?
 
"Narınc" Uşaq Psixologiya Mərkəzinin psixoloqu Naibə Hacıyeva bacı-qardaş qısqanclığından danışıb.
 
Qısqanclıq hissi uşağın "hər kəsin yeganə sevimlisi olmaq” istəyindən yaranır. O, rəqibinin olmasını heç bir vəchlə qəbul etmək istəmir. Uşaqlarda bu hisslər artıq iki yaşından etibarən özünü göstərir. Ailəyə yeni bir qardaş və ya bacı gələrsə, bu zaman valideynlərin daha böyük sevgisi uğrunda mübarizə başlayır. Bu rəqabət valideynlərin münasibətindən asılı olaraq açıq və ya gizli şəkildə gedə bilir.
 
Uşaqlar arasındakı qısqanclıq valideynləri çox narahat edir və onlar qısqanclıq müşahidə edən zaman uşağı ciddi cəzalandırırlar. Bəzi ailələrdə isə valideynlər əksinə, uşaqlarda rəqabət hissi yaratmaq üçün yanlış üsullardan olan müqayisə etməyə çalışırlar.
 
Ancaq təəssüf ki, bu yanaşmaların heç biri qısqanclıq problemini həll etmir. Uşaqlarda qısqanclıq hissinin olması həmişə mümkündür, çünki hər bir uşaq istəyir ki, onu digərlərindən daha çox sevsinlər. Amma bu istək real ola bilməz.
 
Qısqanclıq probleminin həlli zamanı valideynlərin qarşısında duran əsas iş uşaqlarda qısqanclıq hissinin ən az səviyyəyə endirilməsidir. Qısqanclığın dərəcəsinin artması və ya azalması təbii ki, valideynlərin onlara göstərilən münasibətindən çox asılıdır. Bunun üçün aşağıdakıları nəzərə almalıyıq:
 
Uşaqları heç vaxt müqayisə etmək lazım deyil. Yəni, uşaqlarla münasibətdə onlara "Bax, görürsən, o, səndən daha yaxşıdır”, "Sən nə üçün qardaşın (bacın) kimi deyilsən?” və s. bu kimi ifadələrdən istifadə etmək olmaz. Əgər uşaqlardan biri özündən daha qabiliyyətli, daha ağıllı olan qardaşını (bacısını) qısqanırsa, heç vaxt onun hisslərinə toxunacaq fikirlər səsləndirməyin. Məsələn, ona "Nə olsun ki, sən məktəbdə oxumağına görə seçilmirsən, əvəzində idmanda böyük uğurlar qazanmısan” ifadəsi yerinə "Mən bilirəm ki, sən də əlaçı olacaqsan. Sən buna qadirsən, sadəcə daha çox çalışmalısan” deyib onu başa düşdüyünüzü, ona güvəndiyinizi hiss etdirməlisiniz.
 
Bacı-qardaş qısqanclığı: Valideynlər nə etməli?
 
Böyük qardaş daha güclü, daha sərbəst və digər üstünlüklərə malik olduğuna görə qısqanılır.
 
Balaca ona görə qısqanılır ki, valideynlər ona görə daha çox narahat olur, onunla daha çox maraqlanırlar.
 
Bacılar qardaşları onların sərbəstliyinin çox olduğuna görə, qardaşlar bacıları isə onlara daha çox diqqət yetirildiyinə görə qısqanırlar.
 
Uşaqlar çox zaman öz qısqanclıqlarını gizlədə bilmirlər. Valideynlərindən tez-tez körpənin qardaşının (bacısının) yenidən xəstəxanaya qaytarılmasının mümkün olub və ya olmadığını soruşurlar. Körpəyə qarşı zorakılıq göstərirlər. Məsələn, körpənin əlini-qolunu dartırlar, vururlar, çimdikləyirlər və s.
 
Uşağın körpə qardaşına (bacısına) qarşı isti münasibətini yaratmaq və gücləndirmək üçün valideynlərin körpənin qayğısına qalmağı ona da həvalə etmələri məqsədəuyğundur. Bu zaman uşaq körpənin köməksiz, zəif olduğunu hiss edir və onda qorumaq instinkti yaranır. Beləliklə, uşaqda körpə üçün nə isə etmək arzusu əmələ gəlir.
 
Bacı-qardaş qısqanclığı: Valideynlər nə etməli?
 
Uşaqlar körpəyə qulluq zamanı valideynlərinə kömək edə bilərlər. Məsələn, onlar körpənin oyuncaqlarını, geyimlərini gətirə bilərlər, həmçinin körpəni yedizdirmə, geyindirmə və s. işlərdə də iştirak edə bilərlər.
 
Körpə həyatının ilk aylarında əsasən yatır və onu yedizdirmək, çimizdirmək, geyindirmək və s. kimi fiziki işlərdən başqa heç bir xüsusi diqqət tələb etmir. Bu isə valideynlərə imkan verir ki, vaxtının çox hissəsini digər uşağa sərf etsin. Özünə qarşı böyük diqqəti hiss edən uşaq sonra bu diqqəti özü körpəyə göstərir.
 
Əziz valideynlər övladınıza zaman ayırın. Birlikdə müxtəlif oyunlar oynayın, gəzməyə gedin, söhbət edin, onu xüsusi və əvəzedilməz sevgi ilə sevdiyinizi ona hiss etdirin. Beləliklə, siz qısqanclıq problemini həll etməklə yanaşı həm də özünə güvənən, güclü şəxsiyyət qazanmış olacaqsınız.
 
Uşağınızı xoşbəxt bir ailə mühiti ilə təmin edin.
 
Uşaqları yaxşı etməyin tək üsulu – onları xoşbəxt etməkdir!

  • 1-08-2014, 12:00
  • 1561
  • 0

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Hansı mobil telefondan işlədirsən?

HTC
Samsung
Sony
Iphone
Nokia
LG
Blackberry
Huawei
Başqa