Diqqət :

Uşağımızı necə tərbiyə etməli?!

Uşağımızı necə tərbiyə etməli?!


Həmişə kiminsə uşağının eqoistlik, ərköyünlük etdiyini görərkən  öz-özümüzə "mənim uşağım olsa, mən belə etməzdim” , "uşağı belə tərbiyə eləməzlər!” kimi düşünürük. Bəs, yaxşı, uşağa necə tərbiyə verməli?  Sərgilədiyi davranışları necə korreksiya etməliyik?
İstərdim ki, mövzumuza İslam dininin sonuncu peyğəmbəri (s.ə.s) Məhəmməd peyğəmbərimizin hədislərindən biri ilə başlayım. Yəqin ki, çoxlarımız bunu bilir."Bir ailə təzə dünyaya gəlmiş 41 günlük körpəsini peyğəmbərimizin yanına gətirib ondan məsləhət almaq istəyir.
- Ey Allahın sevimli, seçilmiş bəndəsi, bu körpə bizim ailəmizə şənlik gətirib. Hamımız bu balanın vətənə, ailəyə faydalı övlad olmasını istəyirik. Sizcə biz bu balanı necə tərbiyə edək?
Peyğəmbərimiz isə:
- Ey dost, artıq gecikmisən, deyə cavab verir...
Ona görə ki, ailə körpənin tərbiyəsində 258 günü (ana bətnində 3-cü ayından etibarən) arxada buraxıb. Allah ana bətnindəki uşağa 10 həftəliyində ruh verir. Ona görə də hər bir valideyn övladının tərbiyəsi ilə ana bətnindən -10 həftəliyindən başlamalıdır.”
Gözəl hədisimizdən də görüldüyü kimi ana hamiləlik zamanı övladının fiziki inkişafı ilə bərabər psixo-nevroloji inkişafını da nəzarətdə saxlamalıdır. Hər bir uşağın daşıdığı genlərin onun həyatında rolu 7-10%-dən artıq deyildir. Yəni uşağın gələcəkdə şəxsiyyətinin düzgün formalaşmasında genlərdən də önəmli ona verilən tərbiyədir. Təbii, tərbiyəyə sosial mühit və ailə daxildir. Amma burada əsas yeri ailə tutur.
Uşağımızı necə tərbiyə etməli?!
 
Tərbiyədə 3 əsas qızıl qayda:
1. Nümunə olmayan davranışlar uşaqların yanında sərgilənməməlidir!
Biz nəzər salsaq görərik ki, 1yaşlı uşağa öyrədilmədiyi halda ona verilən sadə tapşırıqları (gözünü qırp, ananı öp, sağollaş, salam ver) yerinə yetirir, onlar ətrafında cərəyan edən hər şeyin fərqindədir. Uşaq hər şeyi müşhidə edir və onları yamsılamağa başlayır. Bəzən valideynlər mübahisələrini və ya düzgün olmayan davaranışlarını uşağın səlis danışmadığına görə anlamazlar deyə düşünərək sanki bir müqəvva kimi yanlarında sərgiləyirlər.

2. Baş vermiş hər hansı bir hadisəni uşaqlara şərt kəsilərək həll edilməməlidir!
"Ana, uşaqla mağazaya evə çörək almağa girir. Uşaq isə rəfdə gördüyü şokoladın yanına yaxınlaşıb onu istəyir, ana isə uşağın inadkarlığını qıra bilmir. Uşaq ağlayır, qışqırır və hətta anasını  yumruqlamaya başlayır.” Əksər belə situasiyalarda analar ətrafın neqativ formada narahat etməsin deyə ya istədiyini edir ya da şərt kəsərək: "evə gedək sənə kompüterdə oynamağa icazə verəcəyəm”, "özünü yaxşı aparsan, ana sənə evdə hədiyyə alacaq” və s. buna bənzər şərtlər kəsir. Bu zaman uşaq anasının zəif nöqtəsini tutaraq kiçik manipulyator kimi ona təsir etməyə çalışır və zaman keçdikcə valideynlərinə qarşı özü şərt kəsir. "Yemək yeyirəm, ancaq axşam gəzməyə gedəcik”, "dərsimi oxuyacam, ancaq mənə maşın alacaqsan!” .
Uşağımızı necə tərbiyə etməli?!
 
3. Uşaqlar başqalarının yanında tənqid olunmamalıdır!
Valideynlər bəzən uşaqları utandıraraq, bu yolla onları tərbiyə etdiklərini düşünürlər və zaman keçdikcə əksinə, uşaqlar utanaraq xoş olmayan davranışları azaltmaq əvəzinə uğursuz olduqlarını düşünərək daha da uyğun olmayan davranışlar sərgiləyirlər. Əgər sizə qonaq gəlibsə, onun necə səliqəsiz olduğundan, oyuncaqları ilə oynadıqdan sonra yığışdırmadığından, televizora çox baxdığından şikayət etmək doğru deyil. Uşaqlar hansı otaqda olmasından, etdiklərindən asılı olmayaraq, valideynlərinin danışdıqlarını, xüsusən, onlar barəsində danışdıqlarını dinləyirlər.
Sonda isə onu qeyd etmək istəyirəm ki, əziz valideynlər, uşağı necə tərbiyə edəcəyinizi təyin etdikdən sonra övlad sahibi olmağa qərar verin. Uşaq dünyaya gələrkən onun valideyn üçün hüquqi, maddi hazırlığı olmaqla bərabər mənəvi hazırlığı da önəmlidir!

  • 10-05-2014, 18:00
  • 1416
  • 2
loading...
Offline
  • №: 2
  • 13 May 2014 10:41
  • Xəbər sayı: 3
  • Şərh sayı: 254
Terbiye her kes üçün vacibdir

--------------------
Offline
  • №: 1
  • 10 May 2014 23:21
  • Xəbər sayı: 0
  • Şərh sayı: 40
gelecekde bunlarin mene cox xeyiri deyecek ona gore cox sagolun xebere gore

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Hansı mobil telefondan işlədirsən?

HTC
Samsung
Sony
Iphone
Nokia
LG
Blackberry
Huawei
Başqa