Diqqət :

Dəniz qorxusu

Dəniz qorxusu
 
Bu dəfə valideynlərin mövsümi qarşılaşdıqları çətinliklərdən biri olan dəniz qorxusundan söhbət açmaq istəyirəm. Dəniz qorxusu uşağın yaşına uyğun olaraq dəyişir və əsasən, 3-6 yaş arası uşaqlarda idrak proseslərinin, xüsusən, təxəyyülün aktivliyi ilə əlaqədar olaraq, özünü daha intensiv göstərir. Bu yaş arası uşaqlarda, əsasən, yüksək səs (tozsovuran, ildırım çaxması) , saç kəsimi (bərbər), həkim, su kimi qorxular müşahidə olunur. Məktəbəqədər yaşlı uşaqlarda müdafiə mexanizmi güclü olduğu üçün qorxularının kökündə bədənlərinə zədə dəymə, yaralanma kimi narahatlıqlar durur. Bu zaman uşaq ağlayır, anasından bərk bərk yapışır, əşyaların arxasında, maşının oturacağının altında gizlənir.
Dəniz qorxusu
 
Bəzən valideynlər "qorxunun üzərinə getmək lazımdır” şüarı ilə uşaqları zorla suya salaraq, suyun necə gözəl olduğundan danışaraq, ələ salaraq, "qorxaq” adlandıraraq uşağın dəniz qorxusuna qalib gəlməsini istəyir. Şüar doğru olsa da, tətbiq olunan üsulda bir az yalnışlıqlar var. Bu, əksinə, uşaqlarda gərginliyi daha da artırır və uzun müddət təzyiq olunarsa, zərərli vərdişlər- göz qırpma, dırnaq yemə, barmaq sovurma, hətta tik (uşağın istəkdən kənar çıxartdığı səs, müxtəlif baş və çiyin hərəkətləri) belə müşahidə olunmağa başlaya bilər.
Bunun üçün valideynlərə uşaqları incitməyərək istifadə edə biləcəyi praktik məsləhətlər vermək istəyirəm. İlk olaraq onu qeyd etmək istəyirəm ki, yaşından asılı olmayaraq, uşaqlar ətraflarında cərəyan edən hər bir şeyi yarış kimi görür. Bu səbəbdən, valideyn uşaqda dənizlə rəqabət hissi yaratsa, ideal olardı. Belə sual yaranır: bəs necə? Öncə uşağınıza əhvalatlar danışaraq "suyun üzərində gəzə bilən qəhrəman uşaq” nağılını danışa bilərsiniz. Valideynin yaradıcılıq bacarığından asılı olan ssenarisiz nağıl oyunumuzda, sadəcə, əsas məzmun sizin uşağınızın yaşlarında olan, suyun üzərində gəzə, altında gözlərin aça bilən qəhrəman uşaq barəsindədir. Bununla da, uşaqda özü də hiss etmədən bu bacarığa sahib olmaq istəyi yaranır. Beləcə, qorxusunu arxa fona keçirərək qorxusunu bacarığa, istedada çevirməyə çalışır.
Dəniz qorxusu
 
Uşaqlar çimərkən valideynlər ona dəniz-dəniz oyunu adı altında vannaya su dolduraraq, köpük yaradaraq, ora sevimli oyuncaqlar qoyaraq suyu sevdirməlidir. Dənizə gedərkən isə uşaqların yavaş- yavaş suyu tanımasına şərait yaratmalıdırlar. Öncə suya ayaqlarını salaraq, sonra ata və ya anasının dəstəyi ilə rezin roliklərin köməyi ilə suyun üzərində qalmağına kömək olunmalıdır. Sonda görəcəklər ki, heç də "qanları qaralmadan” uşaqları necə həvəslə dənizə girmək istəyir.
Sonda isə, əziz valideynlər, uşaqlar heç də ağlamadan, narahatlıq keçirmədən bütün qorxularının öhdəsindən gələ bilərlər. Sadəcə, bunun üçün onlara qorxduqlarını tanımağa, onları sevmələrinə vaxt verin.
  • 11-05-2014, 12:00
  • 1392
  • 0

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Facebook dostlarınızın sayı nə qədərdir?

10+
50+
100+
300+
500+