Diqqət :

Sosial şəbəkələr ailələri dağıdır?

Bölmə: Cəmiyyət
Sosial şəbəkələr ailələri dağıdır?
 
Elnur Rüstəmov: «Əsas faktor olmasa da, indi sosial şəbəkələr boşanmalarda müəyyən rol oynayır»

Son illərdə ölkəmizdə boşanma hallarının artan xətt üzrə inkiaşf etməsi getdikcə daha çox diqqət mərkəzinə gəlməkdə və ciddi narahatlıq predmetinə çevrilməkdədir. Bu xüsusda həyaat keçrilən məhkəmə işlərinin analizləri  göstərir ki, müxtəlif amillərlə yanaşı, sosial şəbəkələrin də boşanmalarda rolu hələ də az deyil.  Hesab olunur ki, ailələrdə konfliktli hallarının artmasında sosial şəbəkələrin rolu böyükdür. Xüsusən də qadınların həyat yoldaşlarının xəbəri olmadan sosial şəbəkələrdən istifadə, qurulan dostluq və digər ünsiyyət sonda ciddi ixtilafa gətirib çıxarır. Eyni zamanda kişilərin də analoji addımları həyat yoldaşları tərəfindən müsbət qarşılanmır.
Tanınmış psixoloq Elnur Rüstəmov hesab edir ki, nəinki sosial şəbəkələr, ümumiyyətlə, internet insanları bir-birindən uzaqlaşdırır.
 
Sosial şəbəkələr ailələri dağıdır?
 
Bu da ailədaxili münasibətlərin boşanma ilə nəticələnməsinə səbəb olan faktorlardan biridir: "Əsas faktor olmasa da, indi sosial şəbəkələr  boşanmalarda müəyyən rol oynayır. Əsas faktor kimi götürəndə isə, nəinki sosial şəbəkələr, ümumiyyətlə, internetin özünü qeyd etməliyik. Çünki bu gün bütövlükdə internet insanlar arasında ünsiyyət problemi yaradır. Xüsusən də cütlüklər arasında. Əgər illər əvvəl ər-arvad daha çox canlı ünsiyyətdə olurdularsa, bir-birinin dərdinə şərik olur, bir-birinin əhvalı ilə maraqlanırdılarsa, müasir dövrdə artıq internet cütlüklər arasında böyük bir boşluq yaradıb. Canlı ünsiyyət azaldıqca, insanların bir-birindən gözləntiləri artmağa başlayır. İnsanlar bir-biri ilə normal canlı ünsiyyət qurmadıqlarından, ailədaxili konfliktlər həll olunmamış qalır. Xırda bir detal belə böyük problemə çevrilə bilir. Anlaşılmazlıq zaman keçdikcə böyüyüb ailələrin dağılmasına səbəb olur. Bu gün internetə çıxışı olan hər insan saatlarla orda rahat vaxt keçirə bilər. Bununla insanlar öz içindəki mənəvi boşluğu "doldurmağa” çalışırlar. Bu da zaman keçdikcə münasibətlərdə çox böyük partlayışa səbəb olur. Ailənin dağılmasına qədər gedib çıxır. Ümumən boşanma səbəblərinə baxanda burda sosial şəbəkələr var, bötüvlükdə internetin özü var, ailədə kişi ilə qadın arasında gözləntilərin fərqli olması var və s.   Bütün bunlar ailədaxili münasibətlərin pozulmasına və nəticədə ailələrin dağılmasına gətirib çıxarır”.
 
Sosial şəbəkələr ailələri dağıdır?
 
Psixoloq boşanmalara səbəb olan digər amillərdən də danışdı: "Həm də elə məqamlar var ki, adətən ona toxunulmur. Məsələn, ailələrdə intim münasibətlərin düzgün tənzimlənməməsi. Bu da zaman keçdikcə ailədaxili münasibətlərdə çox böyük boşluqlar yaranmasına gətirib çıxarır. Hələ 20-ci əsrin əvvəllərində alman mütəfəkkiri, psixoterapevt  Karl Yaspers qeyd edirdi ki, zaman gələcək, insanlar intimlə məşğul olmaqdan daha çox onun haqda danışmağı sevəcəklər. Bunu 20-ci əsrdə desə də, bu günə aiddir. Bu gün ailələr arasında münasibətlərin pozulmasına səbəb olan amillərdən biri budur.

Digər bir tərəfdən ailədaxili münasibətlərin pozulmasına təsir edən kənar faktorlar var. Qaynana, qaynata, baldız müdaxiləsi ailələrdə münasibətlərin korlanmasına səbəb ola bilir. Bunlar kompleks şəkildə nəzərdən keçirilməli, aradan qaldırlmalıdır”.
 
Sosial şəbəkələr ailələri dağıdır?
 
Psixoloq ailələrdə tərəflər arasıda şəffaflıq, güvən yaratmaq üçün sosial şəbəkələrdən istifadə zamanı tərəflərin bir-birinin şifrələrini bilmələrini məsləhət görür: "Sosial şəbəkələrdən istifadəyə gəlincə isə, yaxşı olardı ki, tərəflər hər ikisi bir-birinin şifrələrini bilsinlər. Bu, insanlarda həm məsuliyyət yaradar, həm də güvən. Ümumiyyətlə, ailə qurulandan sonra orada yalnız bir şəxsə aid olan, özəl heç nə ola bilməz. Hər şey iki nəfərlikdir. Məsələn, ər-arvad bir-birlərinin elektron poçt ünvanının şifrələrini də bilməlidirlər. Əgər bu güvən yaradacaqsa, bu metoddan istifadə eləmək olar. Düşünürəm, birinci növbədə bu şəffaflığı yaratmaq lazımdır”.
  • 10-11-2014, 14:30
  • 1208
  • 3
Offline
  • №: 3
  • 21 Dekabr 2014 12:30
  • Xəbər sayı: 0
  • Şərh sayı: 4
beli dagdir
Offline
  • №: 2
  • 16 Dekabr 2014 17:25
  • Xəbər sayı: 0
  • Şərh sayı: 7
Beli dagidir lap eminlikle deye bilerem.Ele duwunmeyinki bawima gelib yox sadece ozum cox qadinlarla munasibetde olmuwam ve gormuwem qadin pisxologiyasinida cox yaxwi bilirem
Offline
  • №: 1
  • 10 Dekabr 2014 00:19
  • Xəbər sayı: 0
  • Şərh sayı: 1
Salam Əziz Dostlar!

Mən sizinla raziyəm, ki sosial Şəbəklar ailelari dağdir, ama əslinda sosial şəbkəlardan da cox təhluklisı qaynənəlariymiş uz uşaqlerın xoşbextlikdan məhrum edirlar.

Sitat: xfile2007
Salam Əziz Dostlar!

Mən sizinla raziyəm, ki sosial Şəbəklar ailelari dağdir, ama əslinda sosial şəbkəlardan da cox təhluklisı qaynənəlariymiş uz uşaqlerın xoşbextlikdan məhrum edirlar.

Sitat: xfile2007
Salam Əziz Dostlar!

Mən sizinla raziyəm, ki sosial Şəbəklar ailelari dağdir, ama əslinda sosial şəbkəlardan da cox təhluklisı qaynənəlariymiş uz uşaqlerın xoşbextlikdan məhrum edirlar.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Hansı mobil telefondan işlədirsən?

HTC
Samsung
Sony
Iphone
Nokia
LG
Blackberry
Huawei
Başqa