Diqqət :

Çox vaxt unutduğumuz şükür duası

Çox vaxt unutduğumuz şükür duası
Allahım, bilirəm səndən çox şeyler istəyirəm! Və sən heç bir zaman məni geri çevirməzsən... Haqlısan bəzən cox coşuram! Xoşbəxtliyimə o qədər çox dalıram, dua etməyi unudar kimi oluram! pis günümdə isə dualara  sarılıram... Bilirəm bu nankorluqdur... Halbuki sən hər dərdimə dərman olursan, məni heç bir zaman qırmırsan, yaxşı  bəs mən xoşbəxt olduğumda niyə təşəkkür etmirəm ki sənə, əllərimi açıb yalnız qısa bir dua, sənin mənə əməllərinin qarşılığında! Allahım bağışla məni, özümdən bəzən buna görə utanıram! Görəsən səni kifayət qədər tanıyıram? Yox çox yaxşı tanıyıram deyə bilmərəm. Çünkü səni yaxşı tanısaydım əgər, sənə sevgimdən, xüsusiyyətlədə şükür etməyi əsla unutmamalıydım... Allahım sənə bu duanı edərkən ağılıma bir misal gəldi düşündümdə, yaxşılıq etdiyim biri mənə təşəkkür etməsəydi hər halda mən inciyərdim, bəlkə də küsərdim və bəlkə də bir daha yardım etməzdim! Amma sən, Allahım böyüklüyünü və tək varlığını hər şeydən və hər yerdə göstərirsən, Bağışlayarsan! 

İndi sənə cani könüldən bunu söyləyirəm "Ey Zat-i mütləq, bədəni mütləq, 

Varlığı mütləq uca Allahım! Sənsən, təksən, sən bilərsən, sən nə etsən xeyir eylərsən. Sən nə etsən gözəl edərsən! Səninlə və eşqinlə sənə, Hər dəm, hər nəfəs, əbədi olaraq şükür, Həmdi sənalar olsun!... 


  • 15-07-2014, 21:00
  • 1801
  • 2
loading...
Offline
  • №: 2
  • 16 İyul 2014 11:20
  • Xəbər sayı: 0
  • Şərh sayı: 31
Allah hər kəsin dualarını qəbul etsin

Rəvayət edilir ki, Hz.Musa (ə.s) Tur dağına gedərkən bir adamın belə bir diləyinə şahid oldu:

— Ya Musa, Rəbbimdən üç diləyim var; Ona söylə bu duamı qəbul etsin.
Birincisi, mənim gözlərim görmür, açılmasını istəyirəm.
İkincisi, uşağım olmur, bir oğlan övladı istəyirəm.
Üçüncüsü, kasıbam, kasıblıqdan çox əziyyət çəkdim; heç olmazsa doğulacaq oğlum kasıb olmasın, onun zəngin olmasını istəyirəm.
Hz.Musa (ə.s) Tur dağında bu qulun üç diləyini Rəbbindən istəyincə, Allah:
— Üç diləyini birdən qəbul edə bilmərəm; tək bir şey istəsin, qəbul edəcəyəm -deyə buyurmuş.
Hz.Musa (ə.s) bu cavabı həmin şəxsə çatdırır. Düşüncəyə dalan adam üç diləyin yerinə tək bir dua edir:
— Ya Rəbb, oğlumun qızıl camda su içdiyini gözlərimlə görməyi diləyirəm.
Offline
  • №: 1
  • 15 İyul 2014 21:50
  • Xəbər sayı: 1
  • Şərh sayı: 34
Cox tesekkurler meqaleye gore

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Hansı mobil telefondan işlədirsən?

HTC
Samsung
Sony
Iphone
Nokia
LG
Blackberry
Huawei
Başqa