Diqqət :

Fitrə necə hesablanır?

Fitrə necə hesablanır?
 
İyulun 29-u Ramazan bayramıdır.
 
Bir gün əvvəl isə bayram axşamıdır. İslam qaydalarına görə, bayram axşamı müsəlman evindən fitrə pulu çıxarmalıdır.
 
Qafqaz Müsəlmanları İdarəsi bu il adambaşına fitrə pulunu 5 manat müəyyən edib. Fitrə pulunun qədəri necə müəyyən edilir?
 
İlahiyyatçı Elşən Mustafaoğlu Ramazan ayının sona çatması münasibətilə verilən fitrə zəkatı haqda bunları deyib: "İslama görə, Ramazan ayının bitməsi Fitr bayramı ilə qeyd olunur. Bayram günündə imkanı çatan hər müsəlman özü və öhdəsində olan şəxslər üçün fitrə zəkatı verir, bununla bayram sevincini ehtiyaclı ailələrlə də paylaşmış olur. "Quran”ın 30 ayəsində zəkatdan söz açılır, bu ayələrdən bir neçəsində Allah zəkat verilməsini əmr buyurur. Məsələn, Nur surəsinin 56-cı, Müzzəmmil surəsinin 20-ci, Mücadələ surəsinin 13-cü ayələrini göstərmək olar. Bununla bərabər bir çox digər ayədə də sədəqə və infaq, yəni Allah yolunda malından-pulundan xərcləmə, ehtiyaclılara əl tutma, yardım etmə haqda buyurulur.
 
Fitrə zəkatının vacibliyini Məhəmməd peyğəmbər hicri 2-ci ildə, Ramazan ayı bitdikdə oxuduğu xütbə zamanı buyurub. Peyğəmbər və imamlardan nəql edilən rəvayətlərdə, hədis toplularında fitrə zəkatının önəmi qeyd edilib. Rəvayətlərdən birində İmam Cəfər Sadiq buyurur: "Namaz bitdikdə peyğəmbərə salam deyildiyi kimi, orucluq da sona çatdıqda fitrə zəkatı vermək lazımdır”. Başqa bir rəvayətdə deyilir: "Kim orucunu yaxşı söz və yaxşı əməllə başa vursa, Allah onun orucunu qəbul edər”. Bu zaman imamdan soruşulur: "Yaxşı söz və yaxşı əməl hansıdır?” İmam cavabında buyurur: "Yaxşı söz kəlmeyi-şəhadət, yaxşı əməl isə fitrə verməkdir”.
 
Fitrə zəkatı Ramazan ayının son günündə, axşam azanından sonra ayrılır və səhərisi, yəni Fitr bayramı günü bayram namazı qılmazdan əvvəl öz ünvanına çatdırılır”.
 
İlahiyyatçı bildirir ki, fitrə zəkatının miqdarı həmin bölgədə daha çox istifadə edilən ərzaq növlərindən – buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalıdan adambaşına 3 kiloqram olmaqla hesablanır: "Ailə başçısı bu miqdarda ərzağı və ya dəyərinə uyğun məbləği özü, öhdəsində olan şəxslər üçün fitrə zəkatı ayırıb ödəməlidir. Bu gün adambaşına düşən fitrə zəkatının minimal həddi təxminən 1 manat 50 qəpik hesab edilə bilər. Yəni 4 nəfərdən ibarət ailə cəmi 6 manat fitrə zəkatı verməlidir. Əlbəttə, imkanı olan şəxs istəyərsə, bundan daha artıq məbləğ də verə bilər. Fitrə ehtiyaclı şəxslərə verilməlidir. Maddi vəziyyəti pis olan ailələr fitrə zəkatını ödəməkdən azaddır”. 
 
Fitrə necə hesablanır?
  • 25-07-2014, 18:00
  • 773
  • 0

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Hansı mobil telefondan işlədirsən?

HTC
Samsung
Sony
Iphone
Nokia
LG
Blackberry
Huawei
Başqa