Diqqət :

Namaz və şeytan

Namaz və şeytan
 
Möhtərəm möminlər, Allaha ibadət Yaradana olan sevgi və hörmətin ən yüksək dərəcəsidir. İslama görə, insana verilən ömür Allaha ibadət etmək üçün bir sərmayədir. Lakin şeytan müxtəlif yollarla insanları aldadır, namazı və digər ibadətləri ona tərk etdirməyə çalışır. O, hiylələri ilə möminləri həm Allah dərgahında qazancaqlarından məhrum etməyə, həm də Rəbbinə üsyana çağırır. Qurani-Kərimdə buyurulur: "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?”

Ayədən də aydın olduğu kimi, şeytan insanı namazdan ayırmaq istəyər. Bunun üçün o, namaz qılan adamı daima izləyər, qəlbinə şüphə salaraq onu tutub saxlayar. Onu namazı vaxtında qılmaq fəzilətindən məhrum etməyə çalışar. Namazdan əvvəl oxunan azan və iqamə zamanı isə oardan müvəqqəti uzaqlaşar. Bunlar bitdikdən sonra yenidən insana yaxınlaşıb namazda ikən onun qəlbinə müxtəlif vəsvəsələr salmaqla yoldan çıxarmağa cəhd göstərər.

Allah Elçisinin (s) həyatında bununla bağlı bəzi hadisələr baş vermiş və onlar hədislərlə dövrümüzədək gəlib çatmışdır. Məsələn, İbn Abbasdan (r.a.) nəql edilmiş bir hədisə görə, şeytan bir gün Allahın izni ilə Rəsulullahın (s) yanına gəlmiş və ona mömin namazda ikən hansı hiylələri işlətdiyini belə anlatmışdır: "Ey Mühamməd! İnsan namaz qılarkən onu tələsdirər, sağa-sola baxmasına çalışaram. Dediklərimi edərsə, üzünü oxşar, alnından öpərəm. Bundan sonra ona: "Sən namaza yaraşmaz bir iş gördün”,-deyərək əhvalını pozaram. Ey Mühamməd! Sən də yaxşı bilirsən ki, hər kim  namazda tələsər, sağa-sola çox baxar və başqa şeyləri düşünərsə, namazdan qafil olar, Allah da onun namazını qəbul etməz.
 
Namaz və şeytan
 
Namaz camaatla qılınan zaman ona imamdan əvvəl rükuya və səcdəyə getməsini əmr edərəm. İmamdan əvvəl rükudan və səcdədən qaldırar, barmaqlarını şaqqıldatmasına çalışaram. Əgər o, namazda belə edərsə, Allahı deyil, məhz məni təsbih etmiş olar. Sonra adama "onu yadına sal, bunu xatırla”, -deyərək səcdələrin və rükuların sayını unutduraram. Sonra burnuna üflər, o də əllini ağzına tutmadan əsnəyərsə, ağzından içəri daxil olaram. Həmin şəxs də bizə itaət edər”

 Əziz müsəlmanlar, Şeytanlar insanın ən qəddar, ən təhlükəli və ən qorxulu düşmənləridir. Onlar elə gizli düşmənlərdir ki, insan  həmişə onların hiyləsinə düşür.

Şeytan əvvəl  gündən insan oğluna düşmən kəsilib və düşmənçiliyində  daim  fəal olub.  O, insanın əqidəsini, inancını və əxlaqını məhv etmək, başqaları ilə düşmənçiliyə  düşməsi  üçün hər cür hiyləyə əl atır və onun hiylələri və əməlləri bitmək bilmir.
Allahu  Təala  Qurani  Kərimdə  bir  çox  ayələrdə  açıq-aydın   bildirib  ki,   şeytan  insanın  ən  böyük  düşmənidir. Bir ayədə buyurulur:
"Həqiqətən, Şeytan  sizin düşməninizdir, onu (özünüzə)  düşmən  tutun.  O özünə uyanları cəhənnəm əhli olmağa çağırır.” (Fatir,6)

Ayədə Allah Təalanın aydın şəkildə "şeytanı özünüzə düşmən tutun!” əmrini görürük.  Başqa bir ayədə belə buyurulur: "Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, başqalarına böhtan atmağı) əmr edər.” (Ən-Nur,21)
 
Namaz və şeytan
 
Şeytan çox hiyləgərdir və o, insanları zəif nöqtələrindən yapışaraq yoldan çıxarır. O, xüsusilə də müsəlmanlarla çox ehtiyatlı davranır və tədricən onu çaşdırmağa başlayır. Şeytan heç bir zaman müsəlmanı birbaşa  küfrə sarı çağırmaz. O bilir ki, İslamdan küfrə getmək heç də asan deyil. Şeytan imanı güclü olan şəxsi belə günah işlər görməyə sövq etmir. O, imanlı şəxslə çox incə və ehtiyatlı hərəkət edir. O, mömin şəxsi dah çox halal, günah olmayan və eyni zamanda savabı da olmayan işlərə cəlb edir. Bu yolla o, mömini yavaş-yavaş ibadət və itaətlərə qarşı soyudur. Mömin şəxs mübah (savabı olmayan halal) şeylərdən çox istifadə etdikcə, artıq sünnətə az riayət etməyə başlayır. Təbii haldır ki, sünnətə az riayət etdikdə, bəzi fərzlərə əməl etməkdə insan zəiflik göstərir.

Möhtərəm müsəlmanlar, bütün bunlarla bərabər şeytanın hiyləsi zəyifdir. O, ancaq iradəsi və imanı zəyif insanlar üzərində təsirlidir. İxlaslı möminlər üzərində şeytanın heç bir təsiri yoxdur. Uca Allah buyurur:

"Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir!” Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur!”

"Doğrusu, Mənim (mömin) bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz. Rəbbinin vəkil olması (sənin şərindən və vəsfəsəndən onları qoruması) kifayət edər!”

  • 8-07-2014, 21:00
  • 1125
  • 1
Offline
  • №: 1
  • 9 İyul 2014 11:39
  • Xəbər sayı: 3
  • Şərh sayı: 254
anlamli xeberdi

--------------------

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Facebook dostlarınızın sayı nə qədərdir?

10+
50+
100+
300+
500+