Diqqət :

Gözəl görünmək istəyənlər 12 MƏSLƏHƏT

Bölmə: Gözəllik
Yayda insanın dərisi daha çox yad təsirlərə məruz qalır və təbii ki, bu təsirlər fəsadsız ötüşmür. Bunun üçün də cildə xüsusi qulluq lazımdır. Bir çoxlarıçətin və bahalı prosedurlar olduğuna görə, buna əhəmiyyət vermir. Amma evdə əlinizin altında olan məhsullarla özünüz möcüzələr yarada bilərsiniz.
 
Gözəl görünmək istəyənlər 12 MƏSLƏHƏT
 
Problemsiz dəri
Məhsullar: Təzə nanə, duz
Yarım litr suyu qaynadın və içinə on ədəd təza nanə yarpağı atın. On dəqiqə saxlayandan sonra suyu süzün və bir fincan duzla bərabər vanna qəbul edin.
Nanə rahatladıcı, sakitləşdirici təsiri olan bitkidir. Duz isə pilinq etmə özəlliyi sayəsində dərini ölü hüceyrələrdən təmizləyir.
 
Quru dəri
Məhsullar: Süd, duz, bal.
Plastmas şüşədə bir litr süd, bir fincan duz və yarım fincal balı çalxalayaraq qarışdırın. Əldə edilən köpüklə bədəni masaj edin və yaxalanın. Həftədə bir dəfə edilən bu masajda süd epidermisə zərər vermədən dərini təmizləyir. Duz da ölü dəridən azad olmağa kömək edir.
 
Əllərdəki ləkələr
Məhsullar: Limon suyu, zeytunyağı.
Üç damcı zeytunyağını bir limonun suyu ilə qarışdırın. Qarışığı əllərinizə sürtün. Yarım saatdan sonra pambıqla əllərinizi silin və yaxalayın.
Limon suyundakı C vitamini əllərdəki ləkələrin solmasına, dərinin pilinq olmasına, zeytunyağı isə quruluğun aradan qalxmasına və yumuşalmaya kömək edir.
 
Dırnaqlara qulluq
Məhsullar: Lavanda yağı.
Dırnaqların üzərinə sürtülən bu yağ onları tez tez qırılmalardan və sairə bir çox problemlərdən mühafizə edəcək.
 
Əl maskası
Məhsullar: Zeytun yağı, bal.
Maskanı tədbiq etməzdən əvvəl bir müddət əllərinizi suda yumşaldın. Sonra əllərinizi 5 dəqiqə ilıq zeytunyağı və bir çay qaşığı balın içərisində saxlayın. Bu məhlulla əllərinizi masaj edin.
 
Saçlar
Məhsullar: Yumurta sarısı, adaçayı yağı.
Bir yumurtanın sarısını 4 damcı yağ ilə qarışdırın. Bu məhlulu təmiz saça sürtün. 10 dəqiqə gözləyəndən sonra isə ilıq su ilə yaxalayın. Yumurta saçları yumşaldır, onların daha asan daranmasına yol açır. Adaçiçəyi yağı isə saçlara ipək kimi görüntü verir.
 
Saç maskası
Məhsullar: 2 yemək qaşığı bal, 1 ədəd limon
İki yemək qaşığı balı bir limonun suyu ilə qarışdırın. Maskanı quru saça sürtüb 10 dəqiqə gözləyin. Saçlar həcmli və parlaq görünüş qazanacaq.
 
Üz maskası
Məhsullar: Yumurta sarısı, süd.
İki məhsulldan hazırlanan qarışığı üzə sürtün, maskanın üstünü nazik parça ilə örtərək on beş dəqiqə gözləyin. Sonra maskanı kağız dəsmalla silərək təmizləyin, ilıq su ilə yaxalayın. Qidalandırıcı yumurta və nəmləndirici süd dəriyə gözəllik bəxş edəcək.
 
Qara nöqtələr
Məhsullar: Limon suyu, qatıq
Bir kasa qatığı bir limonun suyu ilə qarışdıraraq maska hazırlayın. Bu maska üzdə on beş dəqiqə qalandan sonra yuyun. Limon suyu dərini dezinfeksiya edir və qara nöqtələri yox edir. Qatıq isə dərini nəmləndirərək, yağın miqdarını tənzimləyir.
 
Sızanaqlar
Məhsullar: Gül kələm, zeytunyağı.
Səkkiz ədəd kələm yarpağını iki qaşıq zeytunyağı ilə bir yerdə mikserlə çalın. Qarışığı problemli bölgələrin üstünə sürtün. On dəqiqdən sonra üzünüzü ilıq su ilə yuyun.
 
Qırışıqlara son
Məhsullar: Qaymaq, alma.
Qabığı soyulmuş almanı 3 qaşıq qaymaqla mikserlə çalın. Qarışımı dəriyə sürtəndən sonra üzərini təmiz parça ilə örtün. Bir neçə dəqiqədən sonra maskanı silin və üzünüzü ilıq su ilə yuyun.
Qaymaq dərini yumşaldır, nəmləndirir və elastiklik verir, qırışlara qarşı təsirlidir. Alma isə dərinin canlı qalmasına kömək edir.
 
Yağlı dəri
Məhsullar: Bal, süd, limon suyu.
Bir qaşıq bal, bir qaşıq limon suyu və bir miqdar süd qataraq qarışdırın. Qarışığı üzünüzə və boynunuza sürtün. Quruyana kimi gözləyin və nəm dəsmal ilə təmizləyin.
Bu maddələr dərinin yağlılığını tənzimləyir. Artıq yağın səbəb ola biləcəyi sızanaqların qarşısını alır.

  • 31-07-2014, 18:00
  • 1051
  • 2
loading...
Offline
  • №: 2
  • 19 May 2016 14:28
  • Xəbər sayı: 2
  • Şərh sayı: 7
Cox maraqli xeberiydi. Tesekkurler winked
Offline
  • №: 1
  • 1 Avqust 2014 00:43
  • Xəbər sayı: 3
  • Şərh sayı: 254
tewekkurler

--------------------

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Hansı mobil telefondan işlədirsən?

HTC
Samsung
Sony
Iphone
Nokia
LG
Blackberry
Huawei
Başqa