Diqqət :

Bürclərin bəxti hansı işlərdə gətirir?

Bölmə: Bürclər
Bürclərin bəxti hansı işlərdə gətirir?
 
Qoç Bürcü
İşdə, karyerada bəxtləri daha çox gətirir, müdrikdirlər, başqalarının dişini qıracaq çətin işləri qorxmadan boyunlarına götürürlər və burda da şans üzlərinə gülür. Azartlı oyunlarda da bəxti gətirən Qoçlar üçün ən böyük oyun həyatın özüdür. Onlar Marsın övladlarıdır axı, məğlubiyyət nədir bilmirlər. Qanları qaynayır, hər şeyə yarış, mərc kimi yanaşırlar, onları nəticədən çox, prosesin özü həvəsləndirir. Ona görə Qoçlardan əla döyüşçü, idmançı olar. Qoçları müdiriyyət daha tez mükafatlandırır, maaşını artırır. Bu kimi xüsusiyyətlərinə görə ətrafında olan azşanslı dostlar və kolleqalar onun həsədini çəkir.

Buğa Bürcü 
Onların bəxti pulda gətirir, hətta işsiz otursalar belə (adətən belə olur, çünki onlar tənbəl olmasalar da, iş tapmaqda çətinlik çəkirlər) pulsuz qalmırlar. Nəyəsə yatırım etməkdə də əlləri gətirəcək. Xərçənglər banka gedər, hesabında nə qədər pul varsa, çıxarıb bir layihəyə, işə sərmayə edər, o puldan da artıq qazancla çıxar. Onların ailə və ev qur-maqda da taleyi gətirir, çünki Xərçəng böyük evdar və təsərrüfatçıdır. Xarakterindəki bəzi nöqsanları və tez alışmağı olmasa yaxşı olar. Xərçəngin devizi: "hamı evə”-dir. O, ailə üzvlərinin sevimlisidir. Əsas odur ki, Xərçənglər nostalji hisslərə qapılıb darıxmasınlar, həmişə ümidli və enerjili olsunlar, o zaman doğularkən onlara verilən şans həmişə işləyəcək.

Şir Bürcü
Yaxşı insanlar sarıdan onun bəxti gətirir. Şirlər cəmiyyətin gözü ola bilir. Eqoizm, hirs və hətta eqosentrizmə baxmayaraq, bu bürcü etibarlı dostlar əhatə edir və onları həmişə xatırlayırlar. Özü də yaxşı mənada. Şirin bəxti bir əsas şeydə gətirib: nadir halda etiraz və imtina alarlar. Nə istəsələr, sanki qanundur. Onların alış-verişdə də əlləri gətirir. Hətta az gəlirləri olsa da elə şeylər alırlar ki, hamı onlara həsəd aparır, bahalı geyindiyini düşünür. İntim sahədə də şanslıdırlar, kimi istədilər tora salırlar, kimi istəmədilər, atırlar. Qəlbləri və yataqları boş qalmır.

Qız Bürcü
Bu zərif bürcün sakinlərinin şansları elə də çox deyil. Qızlara hər şeyi öz zəhmətləri və alın təri, müəyyən müddətə əldə etmək yazılıb. Bu onlarda alınır. Yazıqlara elə buna görə də həsəd aparırlar. Havayı və müftə heç nə əldə etmirlər. Tale onların qarşısına bəzən gözlənilməz uduşlar, fürsətlər çıxarır: kimdənsə havayı ev qalır, hədiyyə bilet və s. Qızların bəxti anadangəlmə bir şeydə gətirib: yüksək zövq. Onlar hər şeyi zövqlə edirlər.
Ona görə onların fikrini qiymətli bilirlər, onunla məsləhətləşirlər, onunla ünsiyyətə can atırlar. Öz növbəsində bu da bir növ bəxti-gətirməkdir və hər adama verilmir. Qızlar uğuru və şansı daim yanlarında görmək üçün gərək həmişə ruh yüksəkliyində olsunlar, əhvalları optimist və şən olsun, həmişə işıq saçsınlar.

Tərəzi Bürcü
Bu bürc sahiblərinə yox demək mümkün deyil. Bu da onların üzdə olan bəxti sayıla bilər. Amma çox vaxt Tərəzilər taleyindən, bəxtindən şikayətçi olur fortuna sizi sevir, sadəcə, könlünüz tutan şeyləri sizə verir. Axı həyatda hər şey 100 faiz ola bilməz. Tərəzilər ətrafdakılara xeyirxahlıq göstərib yaxşılıq etməyi artırmalıdır ki, uğur daima yanlarında olsun.

Əqrəb Bürcü
Onlar məşhur bəxti gətirənlərdir. Bəxt köynəyində doğulublar. Nəyə əl atırlarsa, qızıla çevrilir: istər sənətdə, işdə, istər sevgidə. Onların bəxtinin naturaları kimi qəribə sirri var. Qarşı tərəfin gözündə onların qüsuru yoxdur, əslində isə nə qədər desən nöqsanı var. Sanki adamlar onun mənfi tərəflərini görmür. Əqrəblər insanın həyatına, sirlərinə müdaxilə edib hər şeyi öyrənə bilir və sonra bundan öz mənafeyi üçün istifadə edir. Amma Əqrəblər əldə etdiklərindən tez usanırlar və çox darıxırlar. Ona görə bəxtlərini özləri yatırırlar.

Oxatan Bürcü
Xoşbəxt axına tez düşürlər, fortuna onlar üçün əlindən gələni edir və tez-tez münasib şərait yaradır. Bəzən Oxatanların bəxti onların beynindən qaynaqlanır. Məsələn, o, səyahət etməyi istəyir, oturaq iş istəmir, onda ona səfərlə bağlı iş düşür, təklif gəlir. Bəzən özü də belə üst-üstə düşmələrə təəccüblənir. Xüsusən sevgi və evlilikdə bəxti gətirir. Hətta nəsə itirsələr də, o tərəfdən başqa qapı açılır. Qələbəyə asanlıqla çatırlar, yəni bir o qədər zəhmət çəkmirlər. Bir tərəfdən insafsızlıq kimi görünür, amma heç nə etmək olmaz. Oxatanlar özlərini hər şeyin yaxşısına layiq bilirlər. Onlar əmindirlər ki, sabah bu gündən daha yaxşı olacaq.

Oğlaq Bürcü
Onlar kəşf, tapıntı və yenilik üzrə ən şanslı, bəxtəvər bürcdür. Oğlaqlar yerdən ən çox pulqabı, pul tapan adamlar olur. Getdiyi yerdə qarşısına nəsə çıxır, sakitcə götürürlər, sahibini axtarsalar da tapmırlar, bir səs yoxdur və bunun təsadüf olduğuna inanırlar. Bu adam kollektivlə meşəyə göbələk yığmağa getsə, ən yaxşı, bol yer onun qarşısına çıxır və ən dolu zənbil onda olur. Bəziləri Oğlaqlardan qorxur, çünki onlar hər şeydə qarşılıqlı mənafe, məqsəd güdürlər. Adətən özlərini qurban vermirlər. Oğlağın sağlamlıq cəhətdən də bəxti var, fiziki baxımdan ən dözümlü və qüvvətli bürcdür.

Dolça Bürcü
Real aləmlə göyləri, fantaziya və xəyalları səhv salan Dolçaların bəxtləri də elə bundadır. Onlar öz fantaziyalarında yaşayırlar və özlərini inandırırlar ki, əslində belədir. Divan üstündə uzanaraq dünyanın o başına səyahətə gedirlər, pulları olmaya-olmaya beyinlərində hardasa bahalı yerdə alış-veriş edirlər və bundan gerçək həzz alırlar. Dolçaların bəxti ruletka, lotoreya, uduşlu oyunlarda gətirir. Dolçaların beyni kosmik eqreqora bağlıdır, onların arzusu reallaşmadıqda az qəm çəkirlər, çünki bu olmadısa, beyində dərhal yenisi yaranır. Yeni informasiya onlara hər yerdən gəlir: filmdən, dostunun söhbətindən, nağıldan… Ona görə qeyri-adi peşələrdə və yeniliyə can atan Dolçalarda şans həmişə 100% işləyir. Onlar üçün maddiyyat sonuncu yerdədir.

Balıqlar Bürcü
İlk növbədə onları bununla təbrik etmək olar ki, Balıqlar digər bürclər arasında ən qeyri-adi, gizli bir qüvvəyə malikdir və digər insanlara asanlıqla hökm edə bilir. Onlarda bəxt bir-tərəfli işləyir: əgər işdə uğur varsa, deməli, sevgidə olmayacaq və ya əksinə... Əgər təsadüfən əlinə külli miqdarda pul, uduş gəldisə, bilsin ki, hansısa sahədə tam müflis olacaq. Belə taleyə öyrəşmiş Balıqlar zamanla anlayır ki, əlində olana sevinməli və indiki halda xoşbəxt olduğunu bilməlidirlər. Yoxsa sabah nə olacağını heç kim bilmir. Bu bürcün sakinləri nadir halda taleyindən razı olur.
  • 16-08-2014, 21:00
  • 1115
  • 2
Offline
  • №: 2
  • 25 Avqust 2014 23:18
  • Xəbər sayı: 1
  • Şərh sayı: 34
Qiz burcu hamisi dogrudur.Gozlerime inana bilmirem bu qeder duzgun yazildigina.
Xebere gore tesekkurler
Offline
  • №: 1
  • 22 Avqust 2014 12:41
  • Xəbər sayı: 7
  • Şərh sayı: 241
xebere gore tsk :)

--------------------

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Facebook dostlarınızın sayı nə qədərdir?

10+
50+
100+
300+
500+