Diqqət :

Hansı bürc asanlıqla evlənir?

Bölmə: Bürclər
Hansı bürc asanlıqla evlənir?
 
Qoç həyatınıza inanılmaz bir hərəkət gətirib rəng qata bilər. Əgər bu bürcdən olan biri ilə ailə qurmaq istəyirsizsə, hər an hər şeyə hazır olmalısız. Adi bir evlilik gözləmək düzgün deyil. Kişilər qoç qadını əldə tutmağın çətin olduğunu düşünürlər. Bu bürcün qadınları qürur və güc axtarışında olurlar, eyni zamanda da üzərlərində çox hakimlik edilməsini xoşlamazlar. Əgər bu xüsusiyyətlər sizdə varsa, qoç qadınla evlənə bilərsiz. Çox rəngli bir həyatınız olacaq.

Buğa kişisi və qadını böyük toy mərasimlərini sevərlər. Buğa bürcü evlilik qərarı vermədən əvvəl münasibətdən hər tərəfli əmin olmalıdır. Bu qərarı aldıqdan sonra hər şeyi detallarına kimi incələyib planlayırlar. Göstərişli bir toy istəyərlər. Evlilikdən sonra buğa bürcünün kişisi arvadına tamamilə sahiblənir. Əgər sadiq və güvənilir buğa kişi ilə evlənmisizsə, bütün ehtiyaclarınızın ödəniləcəyinə əmin olun. Buğa qadın üçün ilk əvvəl işi gəlir, daha sonra ailə istəyərlər. Sevən və sadiq həyat yoldaşı olurlar. Övladı olduqdan sonra isə gözəl ana olurlar.

Əkizlər hər şəraitə asanlıqla uyğunlaşdığından yaxşı həyat yoldaşıdır. Ehtiyaclarına əhəmiyyət verən və onunla eyni həyat tərzini bölüşən biri ilə çox xoşbəxt bir ailə olurlar. Əkizlər uzun bir münasibətdən sonra sevdiyi insanı yaxından tanıyıb, onunla evliliyin necə olacağı barəsində düşüncəyə sahib olduqdan sonra evlilik qərarını verir. Əkizlər qabiliyyətli həyat yoldaşı olurlar. Əkiz kişilər üçün ilk başda qərar vermək çətin olur. Amma qəərar verdisə, çox yaxşı həyat yoldaşı olacaq. Dəstəkləyici, zövqlü və həyat dolu bir ailəniz olacaq.

Xərçəng bürcü evcildir. Davamlı münasibət və ailə həsrəti çəkirlər. Ailə onlar üçün ən dəyərlidir. Ona dəyər verir və qoruyarlar. Problem yarandığında onu inadla həll etməyə çalışar.

Şirlərlə evləndikdə ona nəzarət etmək lazımdır. Bəzi insanlar üçün bu, problem olmasa da, bəziləri öz şəxsiyyətlərinə sığışdırmaya bilərlər. Rəngli və romanrik evliliyiniz olacaq. Şir qadınlar çox sevilmək istəyər, laqeydlik görüncə qəlbi qırılar. Həyat yoldaşına hər sahədə dəstək olur.

Qızlar üçün maddiyyat çox vacibdir. Evlənmədən əvvəl bütün xərclərinin ödənilə biləcəyindən əmin olmaq istəyərlər. Evini rahat şəkildə təmin edəcək qədər pulu olmalıdır. Həm kişisi, həm qadını dır-dırı xoşlayır. Qız bürcü kişiləri problemləri həll etmək üçün hər şey edərlər. Bir-birlərinə həmişə dəstək olar və bundan zövq alarlar.

Tərəzi. Qərarsız tərəzilərin evlənmək qərarı alması asan olmaz. Münasibətlərində hər şeyin yolunda getdiyini gördüklərində evlilik qərarı ala bilərlər. Ona sevginizin səmimi olduğunu sübut etməlisiniz. Bəzən heç olmadığı yerdən mübahisə yaradıb sizi sınaya bilər. Ancaq bir dəfə güvəndilərsə, qərarını vərər və hər şeyin yaxşı olması üçün əllərindən gələni edərlər. Tərəzi bürcünün qadın və kişiləri sevdilərsə, özlərini həyat yoldaşlarına həsr edərlər.

Əqrəb. bürcü rahatlığı sevər. Seksual uyğunluq onun üçün çox vacibdir. Bir dəfə üzük taxıldısa barmağına, hər iş düzələcək. Sevgi dolu, diqqətcil, hər şəraitdə uğuruna görə həyat yoldaşını dəstəkləyən ailə üzvü olacaq. Güvən hiss etməsələr, çox qısqanc olarlar. İllər keçdikcə onlardakı evlilik bağı daha da güclənir.

Oxatan. bürcü üçün evlilik duyğusal macəra və kəşfdir. Bu həyəcanın bitdiyi yerdə problemlər yaranmağa başlayar. Sədaqətdə güvənilir deyillər. Həyat yoldaşının hər işi onunla birgə etməsini xoşlamırlar. Çalışırlar ki, həyat yoldaşı başqa işlərlə maraqlansın. Oxatan qadınlar uşaq sahibi olmağı sevərlər, ərlərinə tabe olmağı sevməzlər. Oxatan kişilər isə doğru qadını tapan kimi evlənirlər. 

Oğlaq. üçün nikah masasına əyləşmək heç asan deyil. Hər şeyin yolunda getməsini gözləyər. Evlilik onlar üçün ölənədək yaşanacaq bir şeyin başlanğıcıdır. Maddi işlərə əhəmiyyət verərlər, ailəsinə vaxt ayırmağı çox istəyərlər. Oğlaqlar su ünsürlü bürclərlə yaxşı ailə olurlar.

Dolça. bürcündən olanlar qorxu və narahatlıqlarından xilas olduqları an evlənməyə qərar verərlər. Sadiq və əzmli olurlar. Həyat yoldaşına azadlıq verər və sevgi göstərər. Əgər onlara bunların qarşılığı verilməsə, azadlıqları əllərindən alınsa, onda ailələrində problem çıxar. Güvən hiss etmək istəyərlər. Evliliklərində dəyişiklik yaşamaq istəyərlər. Bütün vaxtını sadəcə bir insanla keçirmək istəməzlər. Buna görə sosial həyatının qəfəsə alınmasını xoşlamazlar.

Balıqlar. həyat yolaşı ilə birgə yuxularını gerçəkləşdirmək istəyər. Balıqların şəfqət dolu, yuxu kimi evlilikləri olur. Bəzi balıqlar isə evləndikdən bir neçə gün sonra darıxar və sanki bütün həqiqətlər evliliklərinə bomba kimi düşər. Balıq qadınlar həyat yoldaşlarının ehtiyaclarına əhəmiyyət verərlər. Şəfqətli anadırlar. Ailəsi ilə birgə olmaqdan xoşlanırlar. Balıq kişilər isə çox duyğusal olsa da, ailəsinə və uşaqlarına qarşı dəstəkləyici davranırlar.
  • 23-08-2014, 21:00
  • 1507
  • 1
Offline
  • №: 1
  • 24 Avqust 2014 14:53
  • Xəbər sayı: 7
  • Şərh sayı: 241
Əkizlər hər şəraitə asanlıqla uyğunlaşdığından yaxşı həyat yoldaşıdır. Ehtiyaclarına əhəmiyyət verən və onunla eyni həyat tərzini bölüşən biri ilə çox xoşbəxt bir ailə olurlar. Əkizlər uzun bir münasibətdən sonra sevdiyi insanı yaxından tanıyıb, onunla evliliyin necə olacağı barəsində düşüncəyə sahib olduqdan sonra evlilik qərarını verir. Əkizlər qabiliyyətli həyat yoldaşı olurlar. Əkiz kişilər üçün ilk başda qərar vermək çətin olur. Amma qəərar verdisə, çox yaxşı həyat yoldaşı olacaq. Dəstəkləyici, zövqlü və həyat dolu bir ailəniz olacaq.

--------------------

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Facebook dostlarınızın sayı nə qədərdir?

10+
50+
100+
300+
500+