Diqqət :

Bürclərin keçmişə baxışları

Bölmə: Bürclər
Bürclərin keçmişə baxışları
 
Qoç - Onlar üçün keçmişləri hər zaman açıq kitabdır. Keçmişlərində heç bir şeydən qorxmadıqları üçün həmişə açıq söyləyəcək cəsarətə sahibdirlər. Özlərini dərindən yaralamadıqca heç bir xəta beyinlərini uzun müddət məşğul etməz, keçmişi keçmişdə qoyub, yeni mübarizələrə hazır olarlar. Lakin Qoç bürcünə keçmişlə bağlı davamlı sual vermək də bir xətadır, bu onları əsəbləşdirə bilər.

Buğa - Bu bürclər yaxşı başa düşürlər ki, əgər keçmişdə etdikləri böyük səhvlər varsa, bu səhvlər nə olursa olsun, onların başında uzun müddət qalmamalıdır. Bir Buğanın xəta olaraq qəbul etdiyi ən əsas hadisə xəyanətə uğramasıdır. Keçmişdən dərs almağı yaxşı bilirlər, amma yaralarını heç vaxt tamamən bağlaya bilməzlər. Keçmişi xatırlamaz və onlara keçmişi xatırladacaq bir söhbəti həmin dəqiqə dəyişdirməyə çalışarlar. Dərdlərini ətrafa büruzə verməzlər.

Əkizlər - Əkizlər keçmişlərini həyatlarının bir parçası olaraq görürlər. Ancaq bunun həyat tərzlərinə təsir etməsinə imkan verməzlər, çünki çox vaxt başları başqa şeylə məşğul olurlar. Amma bəzi vaxt durduq yerə Əkizlərin davranışları tam tərsinə dönərsə ya da birdən-birə xasiyyətlərində bir dəyişiklik olarsa, bunun altında yatan birinci səbəb, ətrafındakı birinin onlara keçmişdəki bir səhvini xatırlatmasıdır.

Xərçəng - Emosioanal Xərçənglər keçmişlərindən heç cür əl çəkə bilmirlər,keçmişdə problem olan şey indi də problemdir. Xərçənglər pis bir hadisədə olan səhvlərini qəbul edənə qədər, o hadisədə olan hər kəsi uzun müddət günahlandıracaqlar. Lakin ən sonda günah özlərindədirsə, bunu boyunlarına alacaq və keçmişin onlara daha az təsir etməsinə çalışacaqlar.

Şir - Şirlər keçmişin keçmişdə qalmasının tərəfdarı olmalarına rəğmən, münasibətlərində dramı sevirlər. Bərabər olduqları insanlarla davaları zamanı "Sən də eynisən" tipli cümlələr qura bilərlər. Bunu qarşı tərəfə zərər vermək üçün yox, yaşadıqları emosianal yoğunluğu hiss etmək üçün edərlər. Keçmişləri barədə sual verilməsindən xoşları gəlmir.

Qız - Qızlar keçmişlərində ən çox səhv buraxan bürclərdir. Bunun səbəbi isə xoş niyyətlərinin sui-istifadə edilməsi və nə olursa olsun insanlara qarşı hiss etdikləri inamdır. Lakin keçmişdən dərs almaq mövzusunda bir az ağırdılar. Eyni xətanı bir neçə dəfə təkrarladıqdan sonra dərs alamaq barədə düşünürlər. 

Tərəzi - Tərəzilər məntiqli düşünməyi və hər şeyin tarazlıqda olmasını bir məqsəd halına gətirdikləri üçün, keçmişdə yaşadıqlarından dərs alma barədə inanılmaz bacarıqlıdırlar. Hisslərindən çox məntiqi ilə hərəkət edən Tərəzi səhvi bir dəfə edər, onu öz üsulunca həll edər və eyni səhvi təkrarlamaz.

Əqrəb - Əqrəblər üçün keçmiş, həyatlarında unutmayacaqları bir dərslər bütünüdür. Onlar keçmişi unutmamağı seçərlər. Bunu eyni insanlarla təkrar qarşılaşdıqları zaman o insanların ona etdiklərini unutmamaq üçün edərlər.

Oxatan - Oxatan bürcü keçmişi sadəcə zamanında etdikləri səhvi bir daha etməmək üçün xatırlayırlar. Rəqabəti sevirlər, ona görə də səhv etmələri təbiidir, amma eyni səhvi təkrarlamazlar, yoxsa yarışı uduzarlar. Hansı mövzuda olursa olsun öz etdikləri səhvi ağıllarından çıxarmazlar. Səhvlərini xatırlamaq onları zəiflətməz, əksinə daha güclü edər.

Oğlaq - Oğlaqlar keçmişi çox xatırlamazlar. Onlar üçün zamanı gələndə xatırlanacaq tək pis xatirə tipi işləri ilə bağlı olmalıdır. Uğursuzluqlarını unutmazlar, həyatdakı məqsədlərini ilk günkü kimi təzə saxlayarlar.

Dolça - Dolçalar hava elementinin soyuq və kəskin zəkasına sahib olsalar belə, eyni qrupun digər üzvləri kimi keçmişlərini bir rəfə qoymazlar. Əvvəllər yaşadıqları hadisələrdən həmişə bəhs edərlər, lakin bunu edərkən həm özləri gülər, həm də başqalarını güldürərlər. Halbuki onlar ağlayan "klounlardır". Pis xatirələri onların canını çox ağrıdır, lakin onlar özlərini, insanlara həmişə güclü göstərməyə məcbur hiss edərlər.

Balıqlar - Balıqlar bücünün qəlbləri nə vaxt qırılar və onlar bu vəziyyətlərdə necə davranırlar, bunları hamımız bilirik. Balıqlar su elementinin həssasiyyətinə sahib olduqları üçün tez qırılırlar. Bu da onların pis xatirələrinin çox olduğuna işarə edir. Amma onlar bunu özlərinə saxlayırlar. Özlərini incidən şəxslə əlaqələrini tamamən qoparacaq qədər güclü deyillər, lakin işin pis tərəfi onlara edilən pisliyi əsla unutmayacaqları və bağışlamayacaqlarıdır.

  • 24-08-2014, 21:00
  • 892
  • 1
Offline
  • №: 1
  • 25 Avqust 2014 16:29
  • Xəbər sayı: 7
  • Şərh sayı: 241
Əkizlər - Əkizlər keçmişlərini həyatlarının bir parçası olaraq görürlər. Ancaq bunun həyat tərzlərinə təsir etməsinə imkan verməzlər, çünki çox vaxt başları başqa şeylə məşğul olurlar. Amma bəzi vaxt durduq yerə Əkizlərin davranışları tam tərsinə dönərsə ya da birdən-birə xasiyyətlərində bir dəyişiklik olarsa, bunun altında yatan birinci səbəb, ətrafındakı birinin onlara keçmişdəki bir səhvini xatırlatmasıdır.

--------------------

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Hansı mobil telefondan işlədirsən?

HTC
Samsung
Sony
Iphone
Nokia
LG
Blackberry
Huawei
Başqa