Diqqət :

Bürclərin paxıllığı və qısqanclığı

Bölmə: Bürclər
Bürclərin paxıllığı və qısqanclığı

Qoç bürcü - Həmişə ön planda olmağı sevən qoçlar, arxa planda olduğu zaman öz mövqeyi artıqlaması ilə göstərəcək. Özünə güvənən bir tip olduğu üçün ikinci planda qaldığı zaman qısqanclıq hissi onu rahat buraxmır. Qısqanclıq hissi olduğu zaman qarşıdakı insanı istəmədən də incidə bilər. Münasibətlərdə qısqanc və hər zaman hücum mövqeyindədir. Özünə rəqib gördüyü zaman hirsli və əsəbi olur. Eyni zamanda qarşı tərəfin diqqətini həmişə öz üzərində hiss etmək istəyir. Qoçlar dürüst olduğu üçün hər şeyi həyat yoldaşları ilə paylaşmaqdan zövq alır.

Buğa bürcü - Onlar üçün qısqanmaq təbii duyğulardan biridir. Buğalar əldə etmədiyi hər şeyə qarşı aqressivlik və qısqanclıq hiss edir. Bu duyğu onları daha yüksək işlərə motivasiya edə bilər. Lakin qısqanclıq hissinə hakim olmadıqları zaman insanları sıxa bilərlər. Rahatlığı sevən buğalar, qısqanclıqları ilə həm özünü, həm də insanları narahat edir. Sevgidə isə qısqanclıq onlar üçün sevginin əsas göstəricisidir. İki buğanın birlikdə sevgi yaşaması olduqca çətin olur.

Əkizlər bürcü - Şəxsi həyatlarında əkizlərin başqa bir insana o qədər də ehtiyac olmur. İlk baxışda qısqanclıq nəzərə çarpmır. Əkizlər çox pozitiv bürc olduğu üçün qısqanclıq və xoşagəlməz duyğuları açıq şəkildə göstərmək yerinə, gizlədir. Qəlbi qırılmadığı müddətdə qısqanclıq duyğularını qətiyyən göstərmir, əksinə vecinə olmadığını nümayiş etdirir. Əkizləri sevindirmək çox çətin məsələdir. Əkizlərlə sevgi yaşamaq istəyənlər hər şeydən əvvəl səmimi, mehriban və dürüst olmalıdır.

Xərçəng bürcü - Aşırı duyğusal olan xərçəng bürcü qısqanclıq mövzusunda geri qalmır. Qısqanclıq hisslərinin əsiri olduğu zaman xərçənglər, ətraflarındakı hər kəsə qarşı qəddar davarnır. Gərgin və narahat halı ilə hər kəsdə pis əhval-ruhiyyə yaradır. Qısqanclıqların ən yüksək həddi olanda isə ətrafındakı insanları incidə və təzyiq göstərə bilərlər. Yalan danışdığınızı o dəqiqə hiss edirlər. Güvən sarsıldığı zaman onu bərpa etmək üçün uzun vaxt lazım olur.

Şir bürcü
- Ərköyün olduğu üçün diqqət gözləyir. Lider ruhlu olduqları üçün hər zaman irəli getməyə öyrəşirlər və sevgi ilə təmin olmaqlarını gözləyirlər. Başqasının yüksək pilləyə qalxmasını həzm edə bilmədiyi üçün qısqanclıq duyğuları açıq şəkildə hiss olunur. Bundan isə stressə düşürlər. Qısqanc olduqları zaman ətrafında olan hər kəsi günahlandıra və pis rəftar edə bilərlər. Onların güvənini qazandığınız zaman sarsıtmaq asan deyil. Yəni, səhvlərinizi bağışlayırlar.

Qız bürcü - Sakit, soyuqqanlı və məntiqli davranır. Bu baxımdan qız bürcü qısqanclıqdan uzaq durur. Lakin hər insanın olduğu kimi qızların da "zəif nöqtələri" var. Qısqanclığa qapıldığı zaman depressiyaya düşür və küsəyən olur. Ətrafındakı insanları sərt şəkildə tənqid edir. Qızlar qısqanclıq duyğusunu yaşamır və yaşatmırlar, amma onları qısqanclığa sürükləyən davranışlardan uzaq durun. Çünki bu pis nəticələrə gətirib çıxara bilər.

Tərəzi bürcü - Son dərəcə şən həyat sürən tərəzilər üçün qısqanclıq duyğusu bəlli edilməyən duyğudur. Lakin hərdən diqqətləri üzərinə çəkə bilmədikləri üçün qısqanclığa qapıla bilərlər. Qısqanclıq səhnəsi göstərdikdən sonra kin saxlamırlar. Çox qürurlu olduqları üçün əsasən qısqanclıqları göstərməməyə çalışırlar.

Əqrəb bürcü - Qısqanclıq əqrəb bürcünün yaşam tərzidir. Digər bürclərin uzaq durduğu şeyləri də əqrəblər qısqanır. Qısqananda özünü idarə edə bilməyən bu bürcün nümayəndələri hadislərin gedişatı zamanı idarəni itirsələr, fırtına qopa və dəhşətli hadisələr baş verə bilər. İnsanlarla münasibətlərdə siyası davranışlar sərgiləsələr də, sevgidə qətiyyən belə deyillər. Qısqanc olsalar da, güzəştə getməyi bacarırlar. Qısqanc davranışlar göstərsələr də, xeyirxah və ürəyitəmiz olurlar.

Oxatan bürcü - Adətən bu bürclər qısqanc deyillər. Dəyişkən xarakterə malik olduğu üçün nə edəcəklərini bilmirlər. Qısqanclıq hissləri baş qaldırdığı zaman da nə cür hərəkət edəcəklərini bilmirlər. qısqanclıq hislərini ciddi cəhdlə gizlətməyə çalışsalar da, bacarmırlar. Qısqanc oxatan bürcünü sakitləşdirməyin ən yaxşı yolu onu anlamaqdır.

Oğlaq bürcü - Məntiqli düşünüb hər zaman yüksəlməyi düşünür və ətrafındakı insanların onları "geridə qoyduğunu" gördüyü zaman qısqanc olurlar. İnsanlarla münasibətlərdə öz mənfəətlərini güdürlər. Qarşıdakı insandan heç bir mənfəət əldə etmədikdə isə qısqanclıqdan ağlagəlməz hərəkətlər edə bilər. Sədaqətinizə güvənməyən oğlaq bürcü ilə birlikdə xoşbəxt olmaq çox çətindir.

Dolça bürcü - Hər bir insan kimi dolçalar da hərdən qısqanclıq hisslərinin əsiri olur. Lakin digər bürclərlə müqayisədə dolçalar demək olar ki, qısqanclıq hiss etmirlər. Onlar qısqanclıq səhnələrinə sərf edilən vaxtı başqa məşğuliyyətlərlə əvəz etməyin tərafdarıdır. Özləri qısqanc olmadığı üçün başqalarının qısqanclıq hisslərini başa düşmür və mənasız hesab edirlər. Onlara qarşı qısqanc olmadığınız müddətdə münasibətləriniz normal və qaydasında gedəcək.

Balıq bürcü - Qısqanclıq balıq bürcləri üçün ən zərərli duyğulardan biridir. Qısqanclıq hiss etdiyi zaman ürəyinin yağını yeyib dərin kədərə bürünürlər. Sevdiyi insanlara hər zaman sahib çıxdıqları üçün qısqanclıq onları rahat buraxmır. Bir yandan da başqalarının onları qısqanmasından xoşları gəlmir çünki, azad olmaq onların arzusudur. Özlərini güvəndə hiss etdikləri müddətdə qısqanclıq böhranına girmirlər.
  • 8-10-2013, 20:19
  • 3042
  • 9
Offline
  • №: 9
  • 1 İyul 2014 20:21
  • Xəbər sayı: 3
  • Şərh sayı: 254
Buğa bürcü - Onlar üçün qısqanmaq təbii duyğulardan biridir. Buğalar əldə etmədiyi hər şeyə qarşı aqressivlik və qısqanclıq hiss edir. Bu duyğu onları daha yüksək işlərə motivasiya edə bilər. Lakin qısqanclıq hissinə hakim olmadıqları zaman insanları sıxa bilərlər. Rahatlığı sevən buğalar, qısqanclıqları ilə həm özünü, həm də insanları narahat edir. Sevgidə isə qısqanclıq onlar üçün sevginin əsas göstəricisidir. İki buğanın birlikdə sevgi yaşaması olduqca çətin olur.

Umimiyyetle hem paxilam, hem de qisqanc

--------------------
Offline
  • №: 8
  • 16 İyun 2014 17:54
  • Xəbər sayı: 0
  • Şərh sayı: 13
QOC. hemiwe on planda olmagi sevirem
Offline
  • №: 7
  • 31 Yanvar 2014 12:37
  • Xəbər sayı: 0
  • Şərh sayı: 13
wir....hemiwe menim istediyim olmalidi bully
Offline
  • №: 6
  • 31 Dekabr 2013 23:35
  • Xəbər sayı: 0
  • Şərh sayı: 10
Ikizler burcuyum cok guzel sheyler soylediyiniz.

Sitat: zeynepsayer
Ikizler burcuyum cok guzel sheyler soylediyiniz.

Çok çetin kızım beni anlamak için kafa lazım fellow
Offline
  • №: 5
  • 11 Dekabr 2013 19:34
  • Xəbər sayı: 0
  • Şərh sayı: 7
Eqreb burcuyem maraqli oldu menim ucun tesekkurler smile
Offline
  • №: 4
  • 18 Oktyabr 2013 21:22
  • Xəbər sayı: 0
  • Şərh sayı: 33
Xerceng--- of course
Offline
  • №: 3
  • 15 Oktyabr 2013 00:25
  • Xəbər sayı: 5
  • Şərh sayı: 118
Oğlaq bürcü - Məntiqli düşünüb hər zaman yüksəlməyi düşünür və ətrafındakı insanların onları "geridə qoyduğunu" gördüyü zaman qısqanc olurlar. İnsanlarla münasibətlərdə öz mənfəətlərini güdürlər. Qarşıdakı insandan heç bir mənfəət əldə etmədikdə isə qısqanclıqdan ağlagəlməz hərəkətlər edə bilər. Sədaqətinizə güvənməyən oğlaq bürcü ilə birlikdə xoşbəxt olmaq çox çətindir.

birincisi duzdu biri meni "geride qoyanda" qisqanmaq yox sadece eseblewirem 1ci olmagi sevirem diqqet merkezinde) sonuncu da duzdu)
Offline
  • №: 2
  • 11 Oktyabr 2013 18:49
  • Xəbər sayı: 709
  • Şərh sayı: 132
Əqrəb bürcü - Qısqanclıq əqrəb bürcünün yaşam tərzidir. Digər bürclərin uzaq durduğu şeyləri də əqrəblər qısqanır. Qısqananda özünü idarə edə bilməyən bu bürcün nümayəndələri hadislərin gedişatı zamanı idarəni itirsələr, fırtına qopa və dəhşətli hadisələr baş verə bilər. İnsanlarla münasibətlərdə siyası davranışlar sərgiləsələr də, sevgidə qətiyyən belə deyillər. Qısqanc olsalar da, güzəştə getməyi bacarırlar. Qısqanc davranışlar göstərsələr də, xeyirxah və ürəyitəmiz olurlar.

--------------------
Offline
  • №: 1
  • 9 Oktyabr 2013 12:41
  • Xəbər sayı: 22
  • Şərh sayı: 121
Sevgide qısqanclıq düz geldi, sadece

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Hansı mobil telefondan işlədirsən?

HTC
Samsung
Sony
Iphone
Nokia
LG
Blackberry
Huawei
Başqa