Diqqət :

Kişilər niyə qısqanır?

Kişilər niyə qısqanır?
 
"Sevən insan qısqanar" kəlməsini bir kənara atıb, kişilərin hansı əskikliklərindən ötəri qısqanclıq etdiklərini anlamamız lazımdır.

Çox insan, "qısqanmaq sevginin göstəricisidir" desə də qısqanclıq; bəzən dağıdıcı, məcburedici, alçaldıcı problemlərə gətirib çıxaran, xəstəlik halına çevrildiyində həyatı çəkilməz edən bir davranış ola bilir. Əslində insanın təbiətində olan qısqanclıq hissi, tərk edilmə təhlükələrinə və sədaqətsizliyə qarşı bir müdafiə etmə vasitəsi olaraq inkişaf edir insanda.

Böyüməmiş kişilər
Uşaqlıq dövründə təzyiqləmə mexanizmləri tam mənasıyla dövrəyə girmədiyindən, uşaqlar sərbəstcə, heç bir məhdudlaşdırmaya getmədən qısqanclıq hislərini sərgiləyirlər. Ancaq ‘böyümək' , qısqanclıq daxil bütün hiss və impulsları idarə altına almağı öyrənməkdir. Hamımız bilirik ki kişilərin bir qisimi ‘böyümənin tələb etdiyi bacarıqlara tam olaraq sahib ola bilmirlər. "Kim idi o danışdığın adam?", "Bu paltar çox açıq deyil?", "Harada idin?" kimi qısqanclıq əlaməti suallarla həyatı zindan edə bildikləri də bir həqiqətdir. Halbuki qısqanclıq, nəticələri qarşı tərəfi zədələmədiyi müddətcə əlaqəni qidalandırıcı və zənginləşdirici ola bilər.

Özünə güvən problemi
Kişinin davamlı həyat yoldaşından şübhə etməsi, onu izləməsi, hər sözünün altında başqa bir məna axtarışı, gerçəkdə etibarsızlıq hissinin əlamətidir. Həm özünə həm də sevdiyi qadına olan etibarsızlıq… Bu etibarsızlıq, içdən içə bir qorxuya çevrilər. Laqeydlik edilmə, tərk edilmə, yoldaşını itirmə, onu başqa bir kişilə paylaşma qorxusuna…

Çatışmazlıq hissi
Uşaqlığında valideynlər sevgisini tam olaraq hiss edə bilməmişdir, davamlı tənqid olunmuş kişilər, yetkin olduqlarında yaşadıqları əlaqədə özlərini qeyri-kafi hiss edə bilərlər. Ətrafdakı hər hansı bir kişinin özlərindən daha maraqlı bir şəxsiyyət xüsusiyyətinə sahib olduğunu düşündüklərində, həyat yoldaşlarını sorğulayıcı suallar soruşaraq qısqanclıq davranışı sərgilərlər.

Qısqanılan qadın nə edər?
Əvvəl kişi yoldaşlarından uzaqlaşar; hətta bütün yoldaşlarından uzaqlaşa bilər. Nə də olsa yoldaşı onu sevdiyi üçün, onun sevgisinin hər şeyə çatacağını, yoldaşa ehtiyacı olmadığını düşünərək həyatına yalnız həyat yoldaşıyla davam edər. Təbii burada ağla gələn sual budur: Nə zamana qədər iki insan bir-birinə çata bilər? Qısqanılan qadın, sırf həyat yoldaşıyla dincliyi pozulmasın deyə həyat yoldaşının məhdudlaşdırmalarına boyun əyər, mənasız istəklərinə bağlı qalar. Küçədə həyat yoldaşıyla problem yaşamamaq üçün davamlı yerə baxaraq gedər məsələn.
  • 16-06-2014, 21:00
  • 1385
  • 0

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Facebook dostlarınızın sayı nə qədərdir?

10+
50+
100+
300+
500+