Diqqət :

Tərzinizi düzgün seçin

Bölmə: Geyimlər
 Tərzinizi düzgün seçin

Tərzinizi müəyyən edərkən nəzərə alımaq lazımdır ki, geyimləriniz sizə maksimal komfort bəxş etməli və psixoloji cəhətdən sizi tamamlamalıdır:

 

* İntelektual cəhətdən (fikirləriniz və sizin haqqınızda yayılan xəbərlər);

* Təcrübə cəhətdən (iş qabiliyyətiniz, bacarıq və savadınız);

* Emosional cəhətdən (xoşbəxtlik hissiniz, ilham pəriniz, təmizkarlığınız).

Düzgün geyim tərzi seçməklə siz öz mənfi xüsusiyyətlərinizi korrektə edə, yanlız müsbət xüsusiyyətlərinizi təqdim edə, həmçinin pozitiv əhval-ruhiyyə də yarada bilərsiniz. Geyim həmçinin getdiyiniz məkana da uyğun seçilməlidir. Əlbəttə ki, yürüşə geyilən geyimlə konsertə və ya muzeyə geyilən geyim tərzi eyni olmamalıdır. İnsanın seçdiyi geyim ilk baxışdan onun hansı mərasim üçün seçilməsindən xəbər verməlidir.

İmic təkcə geyimləri uyğunlaşdırmaq demək deyil. Ətrafdakı insanların gözündə müəyyən bir məqsədlə seçilmiş dəstlərdir. Şərti olaraq aşağıdakı kimi quruplaşdırılır:

* Kinetik (jest, mimika, bədən hərəkətləri);

* Verbal (səsli);

* Qabitar (kosytum, saç düzümü və aksesuarlar);

* Mental (baxış, dünyagörüşü və təfəkkür);

* Maddi (seçilmiş məkana görə);

* Fon (bizi əhatə edən insanlar və hadisələr)


 Tərzinizi düzgün seçin

Göründüyü kimi, imic bir çox faktorları nəzərə alan kompleks obrazdır. İmicmeykerə həm psixoloq, həm vizajist, həm sosioloq, həm xoreoqraf, həm reklamçı, həm rejissor peşələri kömək edir. Onlar öz işlərində peşəkardırlar! Bəs biz özümüz daha düzgün olanı necə müəyyən etməliyik? İlk öncə hər şey özünü tərbiyədən başlayır. Özü üzərində işləmək, bizi əhatə edən insanların baxışlarını düzgün qiymətləndirmək, öz ideyalarımıza və ətrafdakılara təsir etmə gücünə sahib olmaq, daima axtarışda olmaq və təfəkkürün gücü ilə dünyanı dəyişmək lazımdır.


Bəzən deyirlər ki, insanın daxili aləmi - mənəviyyatı necədirsə, bu, onun geyimlərində özünü göstərir. Bu, doğru fikir olsa belə istisnalar da mövcuddur. Çox təmiz ürəyə sahib olan biri zövqsüz geyinə bilər və ya əksinə. Ona görə də ilk baxışdan qərar verməyə tələsməyin.

İmic aldatmaq demək deyil! Hər birimizin mənfi və müsbət tərəfləri var və hər birimiz özümüzü yaxşı tərəflərimizlə təqdim etmək istəyirik. Bunu təkcə xoşa gəlməkdən ötrü etmirik, özümüzə də komfort yaratmaqdan ötrü edirik. Mənfi tərəfləri gizlətmək və cəmiyyətdə daha yaxşı insan portreti yaratmaq məgər pisdirmi?

"Bütün həyat teatrdır, hər bir qadın və kişi aktyordur və onlar öz rollarını oynayırlar" - bu, Şekspirin müəyyən bir tərz yaradan zaman dediyi cümlədir. Bunu yazıldığı kimi başa düşməyin. Əgər siz işdəsinizsə, fikirləriniz yalnız gördüyünüz işə yönəlmiş olmalıdır, siz təcili toplantılara hazır olmalı, bacarığınızı nümayiş etdirməyi bacarmalı, fikirləriniz dəqiq olmalı, hövsələli, təmkinli olmalı, cəld qərar verməyi bacarmalısınız. Bu cür davranışlar dostlarınızın yanında yersiz olacaq, bu zaman daha sərbəst olamaq, uzanmaq, əylənmək, təbiətdən və ya dənizdən zövq almaq istəyirsiniz.


 Tərzinizi düzgün seçin

"Biz sadə insanlarıq, imicə ehtiyacımız yoxdur. Həmişə özün kimi olmalısan" sözlərini deyən çox olacaq. "Özün kimi olmaq" ifadəsini tam olaraq qəbul etmək düz deyil. Heç kəs deyə bilməz ki, o evdə də, işdə də, dostları ilə də, uşaqlarla da daima eyni əhvalda olur, eyni cür görsənir və eyni sözləri işlədir, bu mümkün deyil. Əgər belə olarsa, siz öz işgüzarlığınızı, təmizkarlığınızı, mərhəmət və qayğıkeşliyinizi ətrafdakı insanlara necə çatdırmağı düşünürsünüz?

loading...
Offline
  • №: 1
  • 22 Avqust 2014 22:59
  • Xəbər sayı: 7
  • Şərh sayı: 241
1-ci ve 2-i mene goredi :)

--------------------

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Facebook dostlarınızın sayı nə qədərdir?

10+
50+
100+
300+
500+