Diqqət :

Həyat yoldaşınız sizə xəyanət etsə...

Həyat yoldaşınız sizə xəyanət etsə...
 
Şübhələnirsən ki, həyat yoldaşın xəyanət edir? 
Etriraf etmək istəmirsən, amma hiss edirsən ki, artıq münasibətiniz əvvəlki kimi deyil. O, evə gec gəlir, sənə fikir vermir. Yorğun olduğunu bəhanə edərək səninlə vaxt keçirtməkdən qaçır. "İşlərim çoxdur”, "Yorğunam, özümü yaxşı hiss etmirəm”, "Evdə oturanda ürəyim sıxılır”, "İclasda idim”, "Dostlarımla görüşürdüm” deyib səni sakitləşdirir. Bir sözlə hər şeyə vaxt tapır, səndən başqa. 

Sən isə ən çox sevdiyin donu geyinib, xoşladığı yeməkləri bişirib onu gözləyirsən. Sən gözləyirsən, o isə.. 
Əvvəlcədən də ona zəng vurub xəbərdarlıq etmisən ki, tez gəlsin, işdən sonra yubanmasın. O, isə əvvəlcə gələ bilməyəcəyini desə də, sonunda təkidlərinin qarşısında aciz qalıb razılaşır. Amma nə qədər zəng etsən də cavab vermir və ya telefonu söndürülüb. Heç vaxt düşünmürdün ki, bu sənin də başına gələ bilər. Həyatında başqası var. Bunu dərk etməyə başlasan da ürəyin qəbul etmir. Acı həqiqətlə barışa bilmirsən. Hər şeydən küsüb, süfrədə yoldaşının boş qalan qabını itələyib başını onun çiyninə dirəyib sakitləşmək əvəzinə stolun küncünə qoyub ağlayırsan. Düşünürsən ki, "yəni bu münasibətimizin sonudur?”. Buna inana bilmirsən. Mübarizə aparmaq, onun sevgisini, qayğısını, diqqətini qaytarmaq istəsən də heç nə alımır. Sən ağlayırsan, o birisi isə gülür. Buna imkan vermə! 
 
Həyat yoldaşınız sizə xəyanət etsə...
 
Çıxış yolu yaxındadır
Adətən filmlərdə həyat yoldaşının xəyanətindən xəbər tutub dalaşır, çox vaxt da boşanırlar. Amma sən bunu edə bilməzsən. Ona görə ki, Azərbaycanda ailə müqəddəs sayılır. Və onu dağıdanlar səbəbindən asılı olmadan daim qınanılır. Ailəni qorumaq və münasibətlərinizi davam etdirmək istəyirsənsə sənə qarşı xəyanət etdiyini demə. Ona görə ki, sənin onun xəyanətinə göz yummağın, ayrılmamağın, səni hörmətdən salacaq. Əgər o, əvvəl həyatında başqa bir qadının olduğunu gizlədirdisə, artıq buna ehtiyac olmadığını anlayacaq. Əvvəllər həftədə iki dəfə gec gəlib dostları ilə görüşdüyünü, iclasda olduğunu bəhanə gətirirdisə indi hər gün gec gələcək. Heç bir bəhanə də uyduraraq özünü yormayacaq. Axı, sən hər şeyi bilirsən. Buna baxmayaraq heç nə etmədin. Dalaşdın, qışqırdın, ağladın, bir-neçə gün onunla danışmadın. Sonra isə əvvəlki kimi yaşamaq məcburiyyətində qaldın.

Ona dünyada ən yaxşı həyat yoldaşı olduğunu de
Yaxşı olar ki, bütün gücünü toplayıb susasan. Heç nəyi bilməyən kimi davran. Ona dünyada ən yaxşı həyat yoldaşı olduğunu de. Qoy səni aldatdığı üçün özünü günahkar hiss etsin. 

Ünsiyyət problemi
Çox vaxt qadınlar ailə həyatı qurduqdan sonra məişət problemləri barədə danışır və şikayətlənirlər. Kişilər isə belə söhbətləri dinləməyi xoşlamırlar. Yaxşı olar ki, məişət problemlərinin həllinə bir saat ayırıb qalan vaxtınızı münasibətinizə və sevgi barədə olan söhbətlərə həsr edəsiniz. 
 
Həyat yoldaşınız sizə xəyanət etsə...
 
Həyat yoldaşının ailə üzvləri barədə dediyiniz mənfi fikirlər də münasibətlərin soyumasına səbəb ola bilər. Çalışın ki, onun ailə üzvləri ilə yaranan problemləri özünüz həll edib, yalnız ehtiyac yarandıqda həyat yoldaşınızla bölüşəsiz.

Münasibətiniz əvvəlki kimi deyil?
Əksər qadınlar ailə həyatı qurduqdan, uşaqlıqdan bəri arzuladığı arzusuna çatdıqdan sonra arxayınlaşır. Başı ailə qayğılarına, məişət problemlərinə qarışır. Özünə fikir vermir, düşünür ki, həyat yoldaşı onu olduğu kimi sevir. Bəli, həyat yoldaşınız sizi olduğunuz kimi sevir. Ancaq evdə pırtlaşıq saçlarla, yemək iyi hopmuş paltarda, ləkəli xələtdə, hər gün idman üslublu geyimdə sevgilini görmək insana çox pis təsir edir. Ən azından sizi səliqəli və baxımlı görmək həyat yoldaşınızın haqqıdır. Onun üçün tanışlığınızın və ya evliliyinizin ilk illərində olduğu kimi bəzənin. Yorulmağınız və vaxtınızın olmaması sizə bəraət qazandırmır. İstəsəniz bunu edə bilərsiz. Bəzənməyiniz və baxımlı görünməyinizlə yanaşı idmanla məşğul olmaq da həm xarici görünüşünüzə, həm də sağlamlığınıza müsbət təsir göstərəcək. 
 
Həyat yoldaşınız sizə xəyanət etsə...
 
Xəyalların sahibəsi
O, səninlə vaxt keçirməkdən qaçır? Münasibətiniz həyacanını itirib? Narahat olmayın, evli cütlüklərin əksəriyyəti gec və ya tez bu mərhələni yaşayır. Əsas odur ki, bunu anlayıb dəyişməyə cəhd edəsiz. Ümid edirəm, hər şey alınacaq. Həyat yoldaşınıza darıxdığınızı və birgə harasa getmək istədiyinizi təklif edin. Kinoya, teatra, restorana və ya təbiət qoynunda dincəlməyə gedin. Şənlənib mənfi emossiyalardan uzaq olmağa çalışın. Birgə vaxtlarınızı bayram kimi qeyd edib onun xəyallarının sahibəsinə çevrilin.
  • 23-08-2014, 18:00
  • 1113
  • 1
Offline
  • №: 1
  • 28 Aprel 2017 16:55
  • Xəbər sayı: 0
  • Şərh sayı: 2
Cox beyendim. tewekkurler. Allah hec bir qadina xeyanetle qarwilawmagi qismet elemesin. Cox pis hissdir.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Facebook dostlarınızın sayı nə qədərdir?

10+
50+
100+
300+
500+