Diqqət :

Kökəlməyin yolları

Bölmə: Sağlamlıq
Kökəlməyin yolları
 
Kökəlməyə başladığımız zaman çox vaxt bunun səbəbini qidalanmağımızda axtarır, yeməyimizi azaltmağa başlayırıq. Amma artıq çəkinin yeganə səbəbi çox yemək deyil. Bu dəfə sizə kökəlməyimizə səbəb olacaq digər zərərli nüanslar haqqında məlumat vermək istəyirik. Oxuyun və ideal bədən quruluşuna sahib olmağınıza mane törədən bu kimi vərdişlərdən uzaq durmağa çalışın.

Depressiya

Mütəxəssislər belə hesab edirlər ki, depressiyada olan insanlar digərlərinə nisbətən kökəlməyə daha meyilli olurlar. Bunun əsas səbəbi onların gün ərzində daha çox yağlı və şirin yeməklərə üstünlük verməsidir. Kökəlməyimizə səbəb olan digər bir amil isə istifadə etdiyimiz depressiya əleyhinə dərmanlardır.
Bu dərmanlardan həkim məsləhəti ilə istifadə etsəniz, belə müalicənin sonunda 5-10 kiloqram artıq çəki ala biləcəyinizi əvəlcədən bilməlisiniz. Depressiyanın bu cür fəsadları ilə qarşılaşmaq istəməyən şəxslərə həkimlər dost və ailə ilə daha çox vaxt keçirməyi, yorucu iş rejimində çalışdıqları zaman mütəmadi olaraq özlərinə vaxt ayırmağı məsləhət görürlər.
 
İstifadə etdiyiniz dərmanlar
 Siz o qədər də əhəmiyyət verməsəniz belə, bəzən istifadə etdiyiniz yanlış dərmanlar səhhəttinizdə sağalmayan yaralar aça bilər. Mütəxəssislər bildirirlər ki, artıq çəkidən şikayətlənməyimizin əsas səbəblərindən biri də həkim məsləhəti olmadan istifadə etdiyimiz dərmanlardır. Xüsusən də qadınların istifadə etdiyi hamiləliyə qarşı dərmanlar, hormon pozuntuları ilə əlaqədar istifadə edilən həblər və qan xəstəlikləri ilə bağlı istifadə edilən dərmanların əsas yan təsirlərindən biri də kökəlməyimizə vasitə olmasıdır.
 
 
Həzm problemləri
 
Bağırsaqların işindəki nasazlıq həzm problemlərinin yaranmasına səbəb olur. Adi halda yemək yedikdən bir saat sonra bağırsaqlar işləməyə başlayır. Əgər siz bağırsaqlarınızın düzgün işləmədiyini düşünürsünüzsə, çox güman ki, bunun əsas səbəbi bədəninizdə yetərincə su olmaması və lif əksikliyidir. Bunun üçün mütəxəssislər lifli qidalara daha çox üstünlük verməyinizi və gün ərzində çoxlu su içməyinizi məsləhət görürlər. Əgər belə etdiyiniz halda da bu problemi həll edə bilməsəniz, o zaman həkimə müraciət etməyiniz tövsiyyə olunur. Əks halda bütün bu həzm pozuntuları xarici görünüşünüzün heç vaxt arzulamadığınız forma almağına səbəb olacaq.
 
Vitamin əksikliyi
Orqanizmdə D vitamini, maqnezium və ya dəmir çatışmazlığı immunitet sistemini zəiflədir, bu isə maddələr mübadiləsini ləngidir. Orqanizmin hər hansı bir funksiyasının zəifləməsi dolayısı ilə digər funksiyaların da pozulmasına səbəb olur. Bu zaman mütəxəssislər bol miqdarda ispanaq, süd badam, karbohidronat tərkibli yeməklərə üstünlük verməyinizi məsləhət görürlər. 
 
 
Yaşın artması

Yaşın artması özü ilə birlikdə sizə bir neçə problem yaradacaq. Bu zaman təbii olaraq orqanizminizdə maddələr mübadiləsi pozulacaq. Bunun üçün əsas lazım olan gün ərzində daha çox hərəkət etmək və qidalanmağınıza fikir verməyinizdir. Qidalanmağınıza fikir vermədiyiniz halda tez zamanda artıq çəkilərdən qurtulmaq barədə düşünəcəksiniz.
  • 1-07-2014, 18:00
  • 3120
  • 1
Offline
  • №: 1
  • 1 İyul 2014 19:59
  • Xəbər sayı: 3
  • Şərh sayı: 254
Depresiya kokeldir..

--------------------

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Hansı mobil telefondan işlədirsən?

HTC
Samsung
Sony
Iphone
Nokia
LG
Blackberry
Huawei
Başqa