Diqqət :

Yazın xoşagəlməz qoxusu: ayaq iyindən belə qurtulun

 

Sərt əti soda ilə ovaraq yumşaltmağa çalışın. Sonra dondurucuda 3-5 saat saxlayın. Bişirməzdən əvvəl yaxşıca yuyun.
 
1 litr suya 2 yemək qaşığı soda qarışdırıb, çiy balığı onun içində saxlayın. Sonra təxminən 1 saat dondurucuda saxlayın. Balığı bişirməzdən əvvəl yaxşıca yuyun və qurulayın, beləliklə, balığın qoxusu qalmayacaq.
 
Sarımsaq, soğan və ya balığı doğradıqdan sonra əlinizdən gələn qoxunu yox etmək üçün əlinizi sabun yerinə, təxminən 2 yemək qaşığı soda ilə ovuşdurun. Soda əlinizdən gələn xoşagəlməz qoxunu aparacaq.
 
Lobyanı çox sevir, amma yedikdən sonra narahat olursunuzsa, onu qaynatmazdan əvvəl suya bir çimdik soda atın. Beləliklə, yedikdən sonra köp yaratmayacaq.
 
Anaların diqqətinə: körpənizin su qablarını, əmziklərini sterilizə etmək üçün axşamdan su ilə dolu qaba 200 qram soda töküb içinə atın. Səhər istifadə etməzdən əvvəl yaxşıca yuyun.
 
Soyuducunuzu yuyucu toz əvəzinə soda ilə təmizləyə bilərsiniz. Bundan başqa, əgər qoxunu yox edə bilmirsinizsə, o zaman bir soda qutusunu ağzı açıq soyuducuya qoyun. Qısa müddətdə qoxunun yox olmasının şahid olacaqsınız.
 
Xalça və kilimlərdən gələn qoxunu yox etmək üçün üstlərinə bir az soda səpib, 15 dəqiqə saxladıqdan sonra tozsoranla təmizləyin.
 
Xalçanızda yağ ləkəsi, ya da şərab ləkəsi varsa, o zaman həyəcanlanmayın, ləkəni bacardığınız qədər təmizləyin bundan sonra üstünə bolluca soda tökün. Ən azı bir saat gözləyin, daha sonra tozsoranla təmizləyin.
 
Əgər şifonerinizdən və ya şkafınızda kif qoxusunu yox edə bilmirsinizsə, buyurun, çox sadə bir üsul: təmiz bir torba, ya da corabın içinə soda töküb, ağzı bağlı şəkildə əl dəyməyən yerə qoyun, əgər şkafınız böyükdürsə, bundan bir neçə dənə düzəldib şkafa qoyun. Bunları 2 aydan bir təzələyin. Bu üsulla naftalin qoxusunu da yox etmək olar.
 
Uşaqlar divarları yazmağı çox sevirlər və siz bundan şikayət edirsiniz. Təmizləməyin ən asan yolu isə budur: yaş əskini sodaya batırıb divarı təmizləyin, nəticə gözqamaşdıran olacaq.
 
Tualetinizi təmizləmək üçün müxtəlif kimyəvi məhsullardan istifadə edirsiniz, amma sizin buna allergik reaksiyanız var. Bunu aradan qaldırmaq çox asandır, belə ki, axşamdan tualetinizə soda tökün, amma sifonu səhər çəkin. Bu zaman həm tualetiniz təmizlənəcək, həm də borularda olan ərplər yox olacaq.
 
Hamamda da soda köməyinizə çatacaq. Belə ki, duşda yığılan ərp hamını narahat edir. Onu təmizləməyin ən asan yolu isə belədir: Duşun başına içində 50 qram soda və 200 ml sirkə olan torba keçirib bağlayın. Təxminən 1 saat belə saxlayın, sonra torbanı götürüb suyu açın, beləliklə ərp təmizlənmiş olacaq.
 
Yemək bişirərkən, isti sobadan istifadə edərkən, əlinizi tez-tez yandırırsınızsa, bu zaman soda köməyinizə gələr. Belə ki, buzlu suya bir az soda atın və bir bezi batıraraq, yanan yerin üstünə qoyun. Yanma hissi keçənə kimi bu cür davam edin.
 
Körpənizdə bişməcə varsa, o zaman onun vannasına bir neçə yemək qaşığı soda atın. Bunu bir neçə dəfə təkrar etdikdən sonra da bişməcə getmirsə, həkimə müraciət edin.
 
Diş fırçanız təmizləmək üçün də sodadan istifadə edin. Belə ki, 50 qram sodayla 50 qram suyu qarışdırıb, fırçaları içinə qoyub bir gecə saxlayın. İstifadə etməzdən əvvəl yaxşıca yuyun. Əgər evdə diş pastanız bitibsə, soda ilə dişlərinizi sürtə də bilərsiniz.
 
Ayaqlarınızda ağrı varsa, üstəlik xoşagəlməz qoxu da gəlirsə, o zaman 1 litr ilıq suya 4 yemək qaşığı soda qarışdırıb ayağınızı suya qoyun. Bu həm ayaqlarınızdakı yorğunluğu çıxarar, həm də barmaqlarınızın arasında yığılan kiri yox edər. Mütəmadi olaraq soda vannası qəbul etmək ayağınızdan gələn qoxunu da yox edər.

Offline
  • №: 1
  • 7 May 2014 00:27
  • Xəbər sayı: 0
  • Şərh sayı: 94
Aaa ne ela xeberdi cox wey oyrendim.bele cixir soda her weyinqoxusunu aparir))

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Hansı mobil telefondan işlədirsən?

HTC
Samsung
Sony
Iphone
Nokia
LG
Blackberry
Huawei
Başqa