Diqqət :

Qaz və köpü yox edən BİTKİLƏR

 
Mədə-bağırsaq sistemindəki qaz və köp insanları narahat edən sağlamlıq problemlərindən biridir. Əksər insanlarda bu narahatlıq xroniki bir hala gəlib çıxıb. Həddən çox qaz bəzən ağrıya da səbəb ola bilər. Qidalanmanızda edə biləcəyiniz bəzi dəyişiliklər qaz probleminin həllində sizə yardımcı olacaq. Tək bu deyil, hətta mətbəxdə əl altında olan vasitələrdən istifadə etməklə bu problemdən qurtula bilərsiniz.
 
Qazı yox edən bitkilər
Araşdırmalar  nəticəsində zəncəfilin həzm sistemini sürətləndirdiyi ortaya çıxıb. Həzm sisteminin sürətli fəaliyyəti sayəsində mədə tez boşalarsa, qaz nazik bağırsaqda daha sürətli hərəkət edər və bununla insanı narahat edən köp və qazın qarşısı tez bir zamanda alınar. 

Qazın yox edilməsinə kömək edən digər bitkillər.
- Sarı çobanyastığı
- Dərəotu
- Raziyana
- Reyhan
- Cirə
- Darçın
- Sarımsaq
- Balaca hindistan qozu
- Cəfəri
- Nanə

Qeyd etdiyimiz bu bitkiləri qidalarınızda istifadə etməniz məsləhətdir. Qaz və köp əleyhinə bitki tərkibli dərmanlar satılır, lakin onların da tərkibində kimyəvi maddələrin olma ehtimalı var. Bu baxımdan sadaladığımız bitkiləri təbii yolla qidalarınıza, yeməklərinizə əlavə etməklə istifadə etməniz daha faydalıdır.

Qaz əleyhinə probiotiklər

Probiotiklər insan bağırsaqlarında yaşayan "xoş xassəli bakteriyalar" adlanan balaca orqanizmlərdir. Probiotiklər həzm sisteminə yardımcı olub şişkinliyi aradan qaldırır.                  
Bu cür probiotiklərlə zəngin olan qidalar hansılardır? 
- Qatıq
- Kefir
- Xiyar turşusu
- Soya paxlasından hazırlanan İndoneziya yeməyi
- Kimçi (Koreya mətbəxinə məxsus yemək)
- Lahana turşusu
- Ayran
- Mido (Yapon yeməyi)

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Hansı mobil telefondan işlədirsən?

HTC
Samsung
Sony
Iphone
Nokia
LG
Blackberry
Huawei
Başqa