Diqqət :

Gecə yazısı: xoruldamağın qarşısını almağın 7 yolu

 

 

1.   Yatış formanızı dəyişin. Arxası üstə yatdığınızda diliniz boğaza doğru qatlanır və damağa təzyiq göstərərək, qəribə səs çıxarmanıza, xoruldamanıza səbəb olur. Buna görə böyrü üstə yatmağa çalışın.

 

2.   Çəkinizə nəzarət edin. Artıq çəki xoruldamanın digər səbəblərindən biridir. Yatarkən artıq çəkiniz boynunuza ağırlıq yükləyir və nəfəs almanız çətinləşir, bu da xoruldamağa səbəb olur.

 

3.   Spirtli içkidən uzaq durun. Spirtli içki boğaz əzələlərinə mənfi təsir göstərdiyindən yatmadan əvvəl içilən spirtli içki xoruldamağınıza səbəb olacaq.

 

4.   Yuxu normanızı müəyyən edin. Pis yuxu rejimi xoruldamağa yol açır. 

 

5.   Burnunuzu açıq saxlayın. Burnunuz bağlı olduqda ağızdan nəfəs alıb-verdiyiniz üçün xoruldamalı olursunuz. Əgər qrip olduğunuz üçün burnunuz tutulubsa, burun açan  dərmanlar istifadə edin və ilıq duş qəbul edin.

 

6.   Yastığınızı dəyişdirin. Yataq və yastıqdan dolayı sizdə yaranan alergik göstəricilər xoruldamağa səbəb olur. Tozlar yastıqda toplanaraq, alergik təsirlər yaradır və nəfəs almanız çətinləşir. Ev heyvanlarının yatağınızda yatmasına icazə verməyin. Yastığınızı hər 6 aydan bir, yastıq örtüyünü isə hər həftə dəyişdirin. Yanlış seçilən yastıq xorultunu azaldarkən, boyun və baş ağrılarına yol aça bilər. Buna görə diqqətli olun.

 

7.   Bol su için. Susuz qaldığınızda burun və yumşaq damağınızda mayelər azaldığı üçün xoruldama ehtimalınız artır. Qadınların gündə 11, kişilərin isə 16 stəkan maye qəbul etməsi düzgün hesab edilir. 

Offline
  • №: 1
  • 10 May 2014 23:28
  • Xəbər sayı: 0
  • Şərh sayı: 40
yaxwidi ki xoruldamiram hec xowum gelmir xoruldamaqdan

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Hansı mobil telefondan işlədirsən?

HTC
Samsung
Sony
Iphone
Nokia
LG
Blackberry
Huawei
Başqa