Diqqət :

Hamiləlik dövrü

Hamiləlik dövrü

Hamiləliyin bütün dövrü 3 trimestrə bölünür:

1-ci trimestr hamiləliyin 12-ci həftəsində, 2-ci trimestr hamiləliyin 24-cü həftəsində, 3-cü trimestr isə hamiləliyin 40-cı həftəsində baş verir.

1-ci trimestr. Birinci ay (4 həftə), ikinci ay (8 həftə), üçüncü ay (12 həftə). Mayalanmanın 7-ci günü (1-ci həftə) mayalanmış yumurta hüceyrəsi öz xovları vasitəsilə uşaqlığın selikli qişasına birləşdiyi yerdə ciftin (plasentanın) əmələ gəlməsi prosesi başlayır. Hamiləliyin 5-ci həftəsindən etibarən utrasəs müayinəsi zamanı uşağın ürək döyünməsi aşkar edilir. 9-cu həftədə dölün bədəni, başı formalaşır, ətraflarının, gözlərinin, burun və ağızın rüşeymləri əmələ gəlir. Döl kisəsində yerləşən dölün ətrafı dölyanı su ilə əhatə olunur.

Hamiləliyin bu dövrü üçün tipik əlamət – tez baş verən yorğunluqdur. Bu hal adətən hamiləliyin 14-20-ci həftəsində yox olur. Bu vəziyyətdən ən sadə çıxış yolu sadəcə olaraq çox yatmaqdır.

Hamiləlik dövrü

2-ci trimestr.  Dördüncü ay (16 həftə), beşinci ay (20 həftə), altıncı ay (24 həftə).

Cift tam formalaşır, dölün cinsi aydın şəkildə müəyyən edilir. Bu trimestrdə üz formalaşır, qol və ayaq hərəkətləri aktivləşir və 5-ci ayın sonunda ana tərəfindən dölün tərpənməsi hiss olunur. Döl bu zaman diri doğula bilər və tənəffüz hərəkətləri edə bilir. Ancaq belə uşaqların adətən normal yaşamaq qabiliyyəti olmur.

16-cı həftədə (4 ay) ciftin inkişafı tamamlanır. Döl ciftə içərisindən damarlar keçən göbək vasitəsilə birləşmiş olur.

Hamiləlik dövrü

3-cü trimestr. Yeddinci ay (28 həftə), səkkizinci ay (32 həftə), doqquzuncu ay (36 həftə), onuncu ay (mam ayı) (40 həftə).

Bu zaman dölün orqanları formalaşaraq fəaliyyətdə olurlar. Dölün dərialtı piy zəif, dəri qırışlı, ətraflarda dırnaqlar inkişaf etməmiş olur, oğlan uşaqlarında xayalar hələ ki, xaya kisəsinə enməmişlər. Dölün hərəkətləri bir qədər azalaraq dalğavari xarakter almış olur. Bu zaman dölün xeyli hərəkətli dövrləri onun tam sakit dövrləri ilə əvəz olunur. Gün ərzində dölün hər 40 dəqiqəlik aktivlik dövründən sonra 20 dəqiqəlik yuxu dövrü başlayır. 28 həftəlikdə doğulan uşaq həyat qabiliyyətli olur.ancaq vaxtından qabaq doğulduğu üçün yalnız ona çox diqqətli tibbi qulluq təşkil edildiyi halda sağ qala bilir. Doqquzuncu ayın sonunda yarımçıqlıq əlamətləri keçir və döl yetkin şəkildə doğula bilir.

  • 24-07-2013, 21:54
  • 2045
  • 4
Offline
  • №: 4
  • 12 Avqust 2013 19:44
  • Xəbər sayı: 22
  • Şərh sayı: 121
Biologiya kitabinda da var idi bu haqda
Offline
  • №: 3
  • 12 Avqust 2013 15:05
  • Xəbər sayı: 0
  • Şərh sayı: 70
Sitat: LovelY
Allah her bir qadina qismet elesin
Offline
  • №: 2
  • 8 Avqust 2013 05:15
  • Xəbər sayı: 5
  • Şərh sayı: 118
aaa ne maraqlidi ^.^
Offline
  • №: 1
  • 7 Avqust 2013 18:41
  • Xəbər sayı: 12
  • Şərh sayı: 151
Allah her bir qadina qismet elesin)

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Hansı mobil telefondan işlədirsən?

HTC
Samsung
Sony
Iphone
Nokia
LG
Blackberry
Huawei
Başqa