Diqqət :

Anaların ən yaxşı bildiyi 20 şey

Anaların ən yaxşı bildiyi 20 şey

Dostları araşdırma mərkəzi
Kimlə görüşüb-görüşmədiyimizi, kimdən zərər gəlib-gəlməyəcəyini hardan bilirlər? Altıncı hissləri güclü olan analarımız daima dost çevrəmizi nəzarət altında saxlamaq istəyirlər.

Anamız "usta aşpaz”dır!
Hansı şef-aşpaz anamızın yeməklərindən dadlı yemək bişirə bilər? Hələ yeni evlənən oğlanlar sevgililərinə: "Anam bunu daha dadlı bişirirdi, bəlkə yeməyin reseptini ondan götürəsən?” deməsi əsl fəlakətdir.

Analar "axtarış” sistemi kimi
10 saat axtarıb tapa bilmədiyimiz köynəyi, corabı, saatı analar əlləri ilə qoymuş kimi tez tapır. "Necə tapdın?” sualı mənasızdır, onlar bu işdə mahirdirlər.

Vaxtında yuxudan durmaq
Əgər səhər tezdən durmalısınızsa, zəngli saatı qurmaq boş şeydir. Çünki zəngi susdurub "5 dəqiqə də yatım, duracam”, — deyib yenidən yatacaqsınız. Bircə ananıza "Məni 7-də oyada bilərsən?” desəniz, inanın, gecikmə ehtimalınız yoxdur.

Hər şeyin ən ucuzunu tapmaq
Ailə büdcəsi nə qədər olursa-olsun, ana o büdcəyə hər şeyi sığışdırar. Almanın da, şalvarın da, mebelin də ən ucuzunu ana tapar. Bizə elə gəlir ki, internet əlimizin altındadırsa, hər şeydən xəbərimiz var. Anaların belə imkanları olmasa da ən ucuzunu ala  bilirlər.

"O lazım idi axı mənə…”
O dağınıq otaqlarımızı yığışdıranda hansısa əşyanı lazımsız bilib tullayarlar. Onun sizə lazımlı olduğunu başa sala bilməzsiniz.

Meyvə doğramaq
Məsələn, şaftalını soymaq istəsəniz meyvənin yarısı qabığında gedəcək. Ancaq analar bunu elə səliqəli şəkildə edirlər ki, insan oturub tamaşa etmək istəyir.

Anaların ən yaxşı bildiyi 20 şey

Dinləməkdən yorulmazlar
Dostlarınıza da dərdinizi danışa bilərsiniz, amma ananız dərdinizi dinləməkdən heç vaxt bezməz. Düzdü, məsləhətləri bizə uyğun olmur, amma hərdən yerinə düşənləri də eşidirik.

Təmizkarlıq xəstəliyi
Otağınızı, evinizi nə qədər təmiz saxlamağa çalışsanız da, analarımızın gözündə həmişə "səliqəsiz” oluruq. Evə, otağa girən kimi təmizliyə başlayıb, şkaflarımızın künc-bucağını da silməmiş çıxmaq bilməzlər.

Ana, qutardı!
İndi boynunuza almasanız da, uşaq vaxtı hamı kimi siz də tualetdən "ana, qutardı!”,- deyə səslənmisiniz. Deyin, anadan başqa kim edər bunu?

Ad günü dəftəri
Analar hamının ad günlərini əzbər bilərlər. "Bibinə zəng vur, bu gün ad günüdür”, — deməsə, heç kimi yadına düşməz. Analar olmasa, qohum-əqrəba ilə bütün əlaqələrimiz kəsilər…

Analar ən etibarlı bankdır!
Ayın axırı çatıb, maaşınız bitib.  Belə vəziyyətdə yenə analar yada düşür. Onların hamıdan gizlin kassaları var.

Kürəyə əski qoymaq
Az qala dördüncü sinfə qədər davam edən haldır. Xüsusən oyun vaxtı qaçıb tərləyəndən sonra analar hardansa bir əski çıxarıb dərhal belimizə qoyardı. Hələ qonaq gedəndə, beş-altı köynək daşımağın nə qədər praktik bir şey olduğunu, ancaq böyüyəndə anlaya bilərik.

Anaların ən yaxşı bildiyi 20 şey

Sirrini anaya ver!
Ailədə həmişə belə vəziyyət olur: ana atadan nəsə gizlədir. Evə gec gələndə atanıza bir yalan uydurar, evə içkili gələndə başqa bir şey düşünüb sizi vəziyyətdən çıxarar. 

Heyvanların da dostu
Yalvar-yaxar alınan bütün heyvanlar axırda ananın ümidinə qalır. Əvvəl saxlamaq istəməsə də, sanki övladının "günahını yumaq” üçün heyvanlarla dostlaşar, vaxtında yeməklərini verər, suyunu dəyişər. Yenə də ana…

Danlamağa bir candır!
"Filan şeyi niyə etməmisən?”, "Sizə bir şey tapşırmalı deyil” kimi cümlələri eşitmək artıq adi haldır. Analar sizi bütün hallarda danlaya bilər, lap Amerikanın prezidenti olsanız da.

Texnik analar
Evdə ütü, "razetka”, adapter xarab oldumu, analar bütün texniki alətləri tökər və düzəldər. Lampa dəyişmək isə uşaq oyuncağıdır onların əlində.

"Qalın geyin”
Qış vaxtı lap kürk geyinin, yenə analarımız "Qalın geyin”, yazda "Qalın bir şey götür”, "Xəstələnərsən a, nazik geyinib çıxma” kimi mütləq deyinirlər arxamızca. Fəsillər də onları aldada bilməz, heç vaxt ehtiyatı əldən verməzlər.

Uşağı etibar etmək
"Nəvə övladdan şirindir”, — atalar sözünü əsas gətirib, bütün evli cütlüklər bir tədbir, iş çıxan kimi uşaqlarını dərhal analarının yanına qoyub çıxırlar. Bundan sonra heç zəng vurmasanız da olar. Çünki analar hamıdan yaxşı baxar onlara.

"Yemək” poçtu
Rayonlardan paytaxta oxumağa, işləməyə gələnlərin ən sevdiyi vaxt – analarından "yemək” poçtunun gəldiyi vaxtdır. Analar nəyinki rayondan Bakıya, lazım olsa, Amerikaya, Afrikaya da yemək sovqatınızı göndərər, təki siz istəyin…

  • 24-07-2013, 21:34
  • 1265
  • 7
Offline
  • №: 7
  • 12 Oktyabr 2014 00:09
  • Xəbər sayı: 0
  • Şərh sayı: 1
Anam menim heyatimdi. Allah butun analara can sagligi versin. Amin.
Offline
  • №: 6
  • 12 Avqust 2013 19:43
  • Xəbər sayı: 22
  • Şərh sayı: 121
Cox guldum bu xebere.))ALLAH anamizi basimizdan eksik etmesin. AMIN
Offline
  • №: 5
  • 12 Avqust 2013 15:04
  • Xəbər sayı: 0
  • Şərh sayı: 70
Allah butun ANA-lara can sagligi versin..
Amiin..)
Offline
  • №: 4
  • 10 Avqust 2013 16:03
  • Xəbər sayı: 709
  • Şərh sayı: 132
Sitat: LovelY
"Qalın geyin”
Qış vaxtı lap kürk geyinin, yenə analarımız "Qalın geyin”, yazda "Qalın bir şey götür”, "Xəstələnərsən a, nazik geyinib çıxma” kimi mütləq deyinirlər arxamızca. Fəsillər də onları aldada bilməz, heç vaxt ehtiyatı əldən verməzlər.


Yeaaaah :)

cox duzzzzzzzz

--------------------
Offline
  • №: 3
  • 10 Avqust 2013 15:12
  • Xəbər sayı: 6
  • Şərh sayı: 50
Qalın geyinməkdə bir təhər oluramee məktəb vaxtı...
wassat
Offline
  • №: 2
  • 8 Avqust 2013 05:15
  • Xəbər sayı: 5
  • Şərh sayı: 118
oyyy bu mamalar var yaa))
Offline
  • №: 1
  • 7 Avqust 2013 21:40
  • Xəbər sayı: 12
  • Şərh sayı: 151
"Qalın geyin”
Qış vaxtı lap kürk geyinin, yenə analarımız "Qalın geyin”, yazda "Qalın bir şey götür”, "Xəstələnərsən a, nazik geyinib çıxma” kimi mütləq deyinirlər arxamızca. Fəsillər də onları aldada bilməz, heç vaxt ehtiyatı əldən verməzlər.


Yeaaaah :)

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Hansı mobil telefondan işlədirsən?

HTC
Samsung
Sony
Iphone
Nokia
LG
Blackberry
Huawei
Başqa