Diqqət :

Saç biti deyib laqeyd yanaşmayın

 Saç biti deyib laqeyd yanaşmayın

Saç biti insan saçında yaşayan və çoxalan, çox kiçik, qanadsız, gündə 2-8 dəfə qan əmərək qidalanan boz böcəklərdir. Sirkə deyilən yumurtaları görmək bitin özünü görməkdən daha asandır və ümumiyyətlə boyuna yaxın, qulaqların arxasında və başın arxasında saç tellərinə yapışmış halda olurlar. Sirkə kir və ya kəpək kimi yumaqla təmizlənmir. Əvvəl bit əleyhinə hər hansısa bir dərmanla öldürülməli, sonra bu məqsəd üçün hazırlanmış dərmanın içində olan xüsusi daraqla saçdan təmizlənməlidir.

Saç biti insan bədəni xaricində yalnız 48 saat yaşaya bilər və ev heyvanları üstündə yaşaya bilməz. Sirkə isə insan bədəni xaricində parça və adyal üzərində 10-15 gün ölmədən yaşaya bilər.


Necə yayılır?

Bitlənmənin natəmizliklə heç bir əlaqəsi yoxdur, əslində bit təmiz, sağlam saçı çirkli saçdan çox sevir. Yaşlı, ya da uşaq - hamı bitlənə bilər. Ən məşhur əlaməti başın və boyunun şiddətlə qaşınmasıdır. Saç biti keçicidir. Daraq, şarf, yastıq, papaq və tüklü oyuncaqlar kimi paylaşılan fərdi əşyalar ilə yayılır. Təkrarlanan epidemiya riskini azaltmaq üçün bu əşyaları heç kimsəylə bölüşməyin.


Saç biti deyib laqeyd yanaşmayın


Bitləndiyimizi necə bilərik?

Bitlənməyi göstərən ilk işarə baş dərisinin tez-tez qaşınmasıdır. Biti aşkar etmək və yayılmasına mane olmaq məqsədilə boynun arxa qismindəki və qulaq arxasındakı saçlar diqqətlə yoxlanılmalıdır. Bitlər işıqdan qaçdıqları üçün yalnız saç tükünə yapışmış kiçik ağımtıl oval yumurtaları (sirkəni) görə bilərsiniz.


Bit əleyhinə ideal müalicə necə olmalıdır?

- Tək dəfə ilə tez müddətdə təsir göstərməlidir.

- Gözəl qoxulu, saçları dolaşdırmayan, daramağı çətinləşdirməyən, ətrafa səpilməyən rəngli saçlarda problem yaratmayan xüsusiyyətlərə sahib olmalıdır.

- Bitlərin saça yenidən qayıtmasına mane olmalıdır.

- Yalnız bitləri deyil, sirkələri də yox etməlidir.

- İstifadəçi tərəfindən yaxşı qəbul edilməli, əks təsirləri olmamalıdır.

- İstifadəçiyə toksiki təsiri olmamalıdır. 


Saç biti deyib laqeyd yanaşmayın

Bu günə qədər bir çox yoldan istifadə edərək insanlar bitlə mübarizə etməyə cəhd göstərmişlər. Pis iyli qaz və zəhərli maddələri özündə cəmləyən dərmanlar bunlardan bəziləridir. Daha çox uşaqlarda rast gəlindiyi üçün müalicənin uşaqlar üçün güvənli, yüksək nisbətdə təsirli, yalnız bitləri deyil, yumurtalarını da öldürən bit əleyhinə dərmanla edilməsi lazımdır.

Halbuki, indiki vaxtda artıq bu sahədə istifadə edilən maddə və dərmanlarda böyük inkişaf dövrü keçirib, hətta qoruyucu təsirli permetrin faktor maddəsi tərkibli dərmanlar hazırlanmışdır. Saç biti müalicəsində həm bitləri, həm də yumurtaları məhv etmək və təkrar qayıtmasının qabağını almaq lazımdır. Apteklərdə müxtəlif formalarda bir çox bit öldürən dərmanlar var - şampun, saç kremi kimi. Lakin bunlar hamısı bit müalicəsində istədiyiniz effekti göstərməz!


Bit əleyhinə müalicədə istifadə edilən müxtəlif maddələr bunlardır:

Gamma Benzen Hekzaklotid - Bitin sinir sistemini iflic edərək təsir göstərir. Ölkəmizdə qadağan edilib.

Benzyl Benzoat - Dəri və selikli qişaya təsir etdiyi üçün bit müalicəsində çox istifadə edilmir.

Fenotrin (Sumitrin) - İşıqda üstünlüyünü qoruya bilməz. Tətbiqdən sonra günəş işıqı altında fəaliyətini itirir. Bu səbəblə qalıcı təsiri yoxdur. 


Piretroidlər 1.Jenerasiya - Xrizantem çiçəyinin böcək öldürücü təsiri qədim zamanlarda hiss edilmişdi. Köhnə Yuqoslaviya torpaqları üzərində olan Dalmatiandakı bir xalq hekayəsinə görə, yaşlı bir qadın ağ çobanyastığı çiçəklərinə oxşayan bir çiçək yığır. Çiçək solanda bir küncə atır, daha sonra dönüb baxanda solmuş çiçəklərin ətrafında ölü böcəkləri görür. Bu çiçək növünün böcəklər üzərində öldürücü təsiri bu şəkildə hiss olunur. 1800-ci illərdən başlayaraq quru çiçəklər böcək öldürücü kimi ABŞ-da ixrac edilir. 1900-cü illərdə piretroid adlandırılan bu maddənin bit əleyhinə müalicədə istifadəsində işıqdan kor olma problemi əmələ yaratmışdı.

Permetrin eyni zamanda bit əleyhinə müalicədə ən az 2-6 həftəyə qədər qoruyucu təsirə də malikdir. İndiki vaxtda permetrin qoruyucu xüsusiyyəti, istifadəsinin asanlığı, əks təsirlərinin az olması və etibarlı olması səbəbiylə ən çox seçilən dərmanlardandır.

Offline
  • №: 2
  • 13 Aprel 2014 23:33
  • Xəbər sayı: 0
  • Şərh sayı: 30
bu nediye bele eseb oldum lap
Offline
  • №: 1
  • 13 Aprel 2014 01:00
  • Xəbər sayı: 0
  • Şərh sayı: 94
ooy qawinma tutdu e xeberi goren kimi wink

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Hansı mobil telefondan işlədirsən?

HTC
Samsung
Sony
Iphone
Nokia
LG
Blackberry
Huawei
Başqa