Diqqət :

Aylara görə xasiyyətiniz

Bölmə: Həyat tərzi
Aylara görə xasiyyətiniz
 
Yanvar - bu ayda doğulanlar əsəbi, ciddi, öyrətməyi və öyrənməyi sevən olurlar. Onlar başqalarının eyiblərini ortaya çıxarmağı xoşlayır, diqqətli, dərin hissli, insanı necə xoşbəxt etmək bacarığına malik olurlar. Uşaqları sevən, ailəcanlı, sadiq həyat yoldaşıdırlar.

 Fevral - bu qısa ayda anadan olanlar utancaq, ağır xasiyyətlidirlər. Özlərinə etibar etməz, dürüst, inadkar və dəyişkəndirlər.

 Mart - bu ayda dünyaya göz açanlar cəlbedici, utancaq, mühafizəkardırlar. Bu ayda doğulanlar simpatik, əsrarəngiz, rahatlıq düşkünü, xidmət etməkdən zövq alırlar. Səbirli, nəzakətli, etibarlı və qisasçıdırlar.

Aprel - baharın ikinci ayında dünyaya gələnlər aktiv, enerjili, tez qərar verib tez peşman olurlar. Onlar şəfqətli, məntiqi sevən, diplomatik, dostlarının problemləri ilə yaxından maraqlanan və yaddaşı güclü olurlar.

May - "boş" ay sayılsa da bu ayın insanları sərt quruluşlu, əsəbi, fiziki gözəlliyə fikir verən, xəyalpərəst, irəli fikirli və geniş dünya görüşünə malik olurlar. Bu ayda dünyaya gələnlərin məsləhətçiyə ehtiyacı olmaz, çünki işlərini sistemli qurmağı bacarırlar.

 İyun - yayın ilk ayı sayılan bu ayda doğulanlar eyni vaxtda çox şey düşünən, həssas, şirindil, inadcıl, komik və əyləncəli olurlar. Tez yoldaş qazanıb tez inciyən, intellektual səviyyəsi yüksək olurlar. Bu ayın insanları üçün eşq, romantika kimi mövzular uzaqdır.

İyul - bu ayda doğulanlar çox mürəkkəb xasiyyətə, həddindən artıq qürura malik olurlar. Onlar yaxşı sirdaş, başqalarının düşüncələrinə əhəmiyyət verən, özünü sevdirən, simpatiyalı olurlar. Kinsiz, tək qalmağı xoşlasalar da tez bir zamanda özlərinə yoldaş tapmağı bacarırlar.

Avqust - yayın ən isti ayı sayılan bu ayda doğulanlar həssas, liderlik xüsusiyyətinə malik, cəsarətlidirlər. Onlar zarafatlaşmağı sevən, diqqətli, tədbirli, azadlığı sevən və romantik olurlar.

Sentyabr - bu ayın insanları etibarlı, yüksək biliyə və mədəniyyətə fikir verən, son dərəcə seçici, idmanı və səyahəti çox sevirlər.

Oktyabr - bu ayda dünyaya gələnlər ünsiyyətcil, tez küsüb tez barışan, maraq dairəsində olmağı sevirlər. Yalan danışmaz, eqoist olduqları üçün özbaşına başqalarına kömək etməzlər. Bu ayın insanları tez təsir altına düşürlər.

Noyabr - payızın son ayında doğulanlar əyləncəli, insanlara tez təsir etməyi bacarırılar. Onlar çalışqan, məsuliyyətli, daxilən mərhəmətli, qayğıkeş, sevdikləri insanlara dərin hisslərlə bağlanan, hər kəsi olduğu kimi qəbul edib sirr saxlamağı bacarırlar.

 Dekabr - ilin son ayında anadan olanlar isə sadiq, igid, səbirsiz, əzmkar, sosial istiqamətli və qüvvətlidirlər. Onlar dostlarını özlərindən çox düşünən, birlikdə olduqları insanı əyləndirmək bacarığına malik olurlar.
  • 26-07-2014, 21:00
  • 886
  • 2
Offline
  • №: 2
  • 2 Avqust 2014 10:39
  • Xəbər sayı: 7
  • Şərh sayı: 241
İyun - yayın ilk ayı sayılan bu ayda doğulanlar eyni vaxtda çox şey düşünən, həssas, şirindil, inadcıl, komik və əyləncəli olurlar. Tez yoldaş qazanıb tez inciyən, intellektual səviyyəsi yüksək olurlar. Bu ayın insanları üçün eşq, romantika kimi mövzular uzaqdır.

--------------------
Offline
  • №: 1
  • 26 İyul 2014 23:18
  • Xəbər sayı: 3
  • Şərh sayı: 254
May - "boş" ay sayılsa da bu ayın insanları sərt quruluşlu, əsəbi, fiziki gözəlliyə fikir verən, xəyalpərəst, irəli fikirli və geniş dünya görüşünə malik olurlar. Bu ayda dünyaya gələnlərin məsləhətçiyə ehtiyacı olmaz, çünki işlərini sistemli qurmağı bacarırlar.

--------------------

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Facebook dostlarınızın sayı nə qədərdir?

10+
50+
100+
300+
500+