Diqqət :

Bürclərin ən çox sevdiyi hədiyyələr

Bölmə: Bürclər
Bürclərin ən çox sevdiyi hədiyyələr
Qoç üçün
Liderlik xüsusiyyətinə mailk olan Qoç, bəzən çox aqressiv olur, öz fikirlərini tez deyirler.Buna görə də, hədiyyəni açdığında sizə qarşı heç gözləmədiyiniz münasibəti göstərməsi də mümkündür.Ona hədiyyə alacağınızı mütləq gizli saxlayın.Çünki bunu hiss etsə, sizi yönləndirməyə çalışacaq, ürəyindən keçdiyi şeyləri sizə aldırmaq istəyəcək.
Qoç bürcünə uyğun hədiyyələr:

1. Gözəl saat
2. İdman aksesuarları
3. Bahalı bir köynək
4. Ən sevdiyi müğənninin son albomu

Buğa üçün
Agıllı, yemək yeməyi xoşlayan, sevgiyə bağlı olan və həm də pulu da çox sevən buğalar, hədiyyə almaq üçün ən münasibət insanlardır.Ümumiyyətlə yeməyi çox xoşladıqları üçün qız və ya oğlan olmasından asılı olmayaraq onu gözəl bir axşam yeməyinə dəvət edə bilərsiniz. Pula önəm verdiyi üçün, bahalı hədiyyələrə üstünlük verin. Məsələn, özəl bir kosmetika, aksesuar və ya bahalı bir bəzək əşyası onu çox sevindirəcək.

Əkizlər üçün
Qürurlu, deyişkən ruhlu Əkizlər, qapalı xarakterə malikdirlər. Buna görə də onun üçün ən yaxşı hədiyyənin nə olduğunu bilmək çətindir. Amma həyat tərzi ona hədiyyə seçimində sizə kömək edə bilər. Məsəələn, sosial həyata maraqlı olan Əkizlərə, çoxdandır ki, baxmaq istədiyi kinoya bilet ala bilərsiniz. İkinci hədiyyə kimi əl aksessuarı ya da geyim də originalləğə sevdiyi üçün xoşuna gələcək.Həm də aldığınız hədiyyəni gözəl bir qutunun içinə qoymağı və üzərinə xoş arzularınızın yazıldığı bir kart qoymağı unutmayın!

Xərçəng üçün
Sadiq, yaradıcı, duyğusal Xərçəng üçün hədiyyə alanda çox diqqətli olun. Çünki tez küsürlər və hər bir hədiyyədən bir məna çıxartmağa çalışırlar.Hər halda onu istəmədən incitmək və ya küstürmək istəməzsiniz. Tarixə və dekorasiyaya önəm verən bu bürc üçün ən ideal hədiyyə tarixlə bağlı kitablar, otağı üçün maraqlı və istifadə edə biləcəyi aksesuarlar olacaqdır.Həm də geyimlerinə çox fikir verdikləri üçün gözəl bir geyim hədiyyəsi çox xoşlarına gələcəkdir.

Şir üçün
Cəsur, hərəkətli bir şəxsiyyətə malik olduqları üçün Şir, həm də əmr verməyi xoşlayır. Buna görə də onun üçün alacağınız hədiyyənin heç kimdə olmaması çox önəmlidir. Qiymət problem deyil, çünki şirlər pula önəm vermirlər. Buna görə də yaradıcı yanaşın. Məsələn, sizin çəkdiyiniz rəsm əsəri, ondan xəbərsiz çəkdiyiniz bir fotoşəkili, qisası heç kimdə görə bilməyəcəyi özəl əşyalar onu cəzb edəcəkdir.

Qız üçün
Şanslısınız, çünki səbrli və səliqəli Qız üçün hədiyyə seçiminiz çox genişdir. Məsələn, bütün il ərzində əlindən düşürməyəcəyinə əmin olduğunuz kitab, onun çox sevdiyi ətir, Kompyuter CD-ləri və disketləri, hobbisiylə bağlı aksesuarlar və s.

Tərəzi üçün
Romantik və əzmkar Tərəzi, təəcübləndirici hədiyyələrdən xoşlanır. Məsələn, bəzək əşyası kimi görünən, əslində bir telefon olan hədiyyə onu xoşbəxt edər. Bundan başqa ekzotik və otantik əşyalar satılan mağazalara da baş çəkib hədiyyə seçməniz məsləhət görülür. Çünki Tərəzi üçün uyğun hədiyyəni burdan da ala bilərsiniz. Heç bir şeydə qərar verə bilmədinizsə narahat olmağa dəyməz. Çünki romantik tərəziyə alacağınız lirik mahnılardan ibarət CD, ya da rəsmlərini qoya biləcəyi bir albom da sizin qurtarıcınız ola bilər.

Əqrəb üçün
Qərarlı və yenilikçi xarakterə malik olan əqrəb, otağına çox bağlıdır. Buna görə də otağı üçün alacağınız bəzək eşyası, rəngli bir stol saatı ya da orijinal bir gecə lampası onu çox sevindirəcəkdir.Maraq sahəsinə uyğun enlopediyalar, klas bir roman da əqrəb üçün yaxşi hədiyyələrdəndi. Əgər siz hökmən geyim və ya ətir almaq istəyirsinizsə əqrəbin bahalı və keyfiyyətli şeylərdən xoşlandıgını bilməniz lazımdır.

Oxatan üçün
O, cəsur, müstəqilliyə can atan və şən xarakterə malikdir.Onun üçün xatirəyə çevriləcək hədiyyə almağınız məsləhətdir.Bir səyahət bileti ilə aranızdakı bütün problemləri həll edə bilərsiniz.Çünki Oxatan gəzmək, yəni yerlər kəşf etmək üçün yaradılımışdır.Əgər axtardığınız maddi dəyəri daha aşağı bir hədiyyə isə, tövsiyyəmiz çanta, ya da bir fotoaparat olacaqdır.Gözəl bir köynək və ya ayaqqabı da onunçün ala biləcəyiniz digər 2 hədiyyə alternatividir.Bir də oxatan nostalji mahnılarla keçmişi xatırlamağı çox xoşlayır.Bunu da nəzərə almağı unutmayın.

Oğlaq üçün
Çalışqan və bir az da melonxolik olan Oğlaq üçün gözəl bir qələm, dəri cüzdan, çanta, xatirə dəftəri ya da günlük ala bilərsiniz. Vaxta çox əhəmiyyət verdikləri üçün çox funksiyalı saat da xoşuna gələcəkdir.Həm də ki ayaqqabı düşgünü olan oğlaqı ən son mod ayaqqabıyla da şad edə bilərsiniz.

Dolça üçün
Dolça üçün alacağınız hədiyyəni gizli saxlamalısınız.Yoxsa, sürpriziniz alt-üst ola bilər. Ağlını işlətməyi xoşladığı üçün ona məntiq oyunları, kitablar ala bilərsiniz. Səyahəti çox sevsə də onunçün səyahət planlaşdırmayın. Çünki kiminsə planıyla hərəkət etməyi xoşlamır.

Balıqlar üçün
Dostcanlı, zövq düşgünü, romantik, pula heç önəm verməyən bu bürcün insanına alacağınız hədiyyənin maddi dəyəri heç önəmli deyil, önəmli olan seçiminizin onun zövqünə uyğun olmasıdır. Ona yeni çıxan və xitə çevrilən bir qrupun ən son albomu, ən sevdiyi kinonun afişini hədiyyə edərsəniz, sizə minnətdar olacaq. İdman stilində geyinən balıqlar üçün köynək və ya ayaqqabı ala bilərsiniz.

  • 14-07-2014, 18:00
  • 1467
  • 2
Offline
  • №: 2
  • 1 Avqust 2014 00:52
  • Xəbər sayı: 3
  • Şərh sayı: 254
bugayam men

--------------------
Offline
  • №: 1
  • 14 İyul 2014 18:08
  • Xəbər sayı: 7
  • Şərh sayı: 241
Əkizlər üçün
Qürurlu, deyişkən ruhlu Əkizlər, qapalı xarakterə malikdirlər. Buna görə də onun üçün ən yaxşı hədiyyənin nə olduğunu bilmək çətindir. Amma həyat tərzi ona hədiyyə seçimində sizə kömək edə bilər. Məsəələn, sosial həyata maraqlı olan Əkizlərə, çoxdandır ki, baxmaq istədiyi kinoya bilet ala bilərsiniz. İkinci hədiyyə kimi əl aksessuarı ya da geyim də originalləğə sevdiyi üçün xoşuna gələcək.Həm də aldığınız hədiyyəni gözəl bir qutunun içinə qoymağı və üzərinə xoş arzularınızın yazıldığı bir kart qoymağı unutmayın!

--------------------

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Facebook dostlarınızın sayı nə qədərdir?

10+
50+
100+
300+
500+