Diqqət :

Müxtəlif bürclər evlənərsə nə baş verər?

Bölmə: Bürclər
Müxtəlif bürclər evlənərsə nə baş verər?
 
Bürclərin uyğunluğu astroloqların ən çox müzakirə etdiyi mövzulardan biridir. Bu mövzunu o qədər ciddi qəbul edənlər var ki, hətta xəstəlik dərəcəsinə çatır. Müxalif bürclərlə eyni məkanda olmaq istəmir və evlənmirlər də... Bu qərarların ulduznamə  qaynaqları ilə əlaqəsi var. Bu kitab bürclərin uyğunluğu sahəsində qəti hökmlər verir. 
Bununla bağlı müxtəlif fikirlər və ssenarilər var. Bəzi astroloqlar bir-birinə uymayan bürclərin evlənməsi sağlam evlilik qura bilməyəcəyini desə də, bəzi astroloqlar intellektin və dünyagörüşünün də təsiri olduğunu deyir. 
Yəni, bürclərin bir-birinə uyması vacibdir lakin intellekt, savad artdıqca, insanlar mənfi və səhv hərəkətlərini görür, hətta nə cür davranmaq lazım olduğunu yaxşı bilir. 
Mütəlif bürclər evlənərsə?
Bürcləri uymayan insanların evliliklərində davaların və mübahisələrin əskik olmadığı, hətta əvvəl-axır boşanacaqları düzgün fikir deyil. Lakin bürclərin təsirini heçə saymaq da doğru deyil. Məsələn, əkizlər qadını ilə oğlaq kişini birlikdə təsəvvür edin.  Əkizlər üçün azadlıq həyatı əhəmiyyətə sahibdir. Onların azadlıq ehtiyacı və tələbatı ən yüksək həddədir. Əgər onların azadlıqlarını məhdudlaşdırsanız, həyat enerjilərini və sevgilərini də azaltmış olarsınız.  Oğlaq bürcü kişisi isə daha çox qayda və qanunlara, adət-ənənəyə, standartlara uyğun davranmağı müdafiə edir. Dolayısı ilə oğlaqlar üçün azadlıq, qəbul edilməz, hətta zərərli bir xüsusiyyətdir. Bu iki bürc həyata fərqli pəncərələrdən baxır. Belə bir baxış isə evlilik boyu narahatlığa, söz-söhbətə və böyük mübahisələrə səbəb ola bilər. Bürclər arasında bir-birinə zidd olan əkizlər və oğlaqlardır. Onların birlikdə xoşbəxt olacaqlarını söyləmək çətindir.  Lakin ətrafımızda bunu yalanlaya biləcək bir neçə nümunə var. Bürcləri uymadığı halda yola gedən və yaxşı münasibət qurmağı bacaran insanlar da var.
Bürcləri uymadığı halda xoşbəxt olan cütlüklərin ortaq nöqtəsi isə, başqalarının hüquqlarına sayğı ilə yanaşmasıdır.
Evlənməzdən əvvəl bürclərin uyğunluğu haqqında məlumat toplamaq lazımdır. Çünki ən azından qarşı tərəfin hansı xüsusiyyətlərə sahib olması haqqında xəbəriniz olacaq və hansı vəziyyətlərdə necə davranmalı olduğunuzu əvvəlcədən bilmiş olacaqsınız.

  • 26-05-2014, 18:00
  • 890
  • 1
Offline
  • №: 1
  • 15 İyul 2014 10:20
  • Xəbər sayı: 7
  • Şərh sayı: 241
xebere gore tsk

--------------------

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Facebook dostlarınızın sayı nə qədərdir?

10+
50+
100+
300+
500+