Diqqət :

İyul ayında hansı bürcləri xoşbəxtlik gözləyir?

Bölmə: Bürclər
İyul ayında hansı bürcləri xoşbəxtlik gözləyir?
 
Qoç
Həyatınızda baş verən hər şey ürəyinizcədir. Ona görə də bu ay həyatınızda olan çatışmazlıq və nöqsanlarla da razılaşacaqsınız. Ətrafınızda olan insanlardan kimsə bunu dəyişməyə çalışsa belə icazə verməyin. Bu ay yeni sevgi münasibətləri üçün uyğun vaxt deyil. Daha əvvəl qurulan münasibətlərdə isə əsas təşəbbüskar siz olmalısınız.

Buğa
İyul ayında sizi fors-major situasiya gözləyir. Lakin problemlərin həll olunma yolu var və siz onların öhtəsindən öz başına gələcəksiniz. Maddi durumunuz dəyişməyəcək. Ailədə bəzi anlaşılmazlıqlar ola bilər. Səyahət üçün yaxşı vaxtdır, lakin onun asand keçib-keçməyəcəyi məlum deyil. Sükan arxasında olarkən diqqətli olun.

Əkizlər
Yayın ortasında sizin həmişə olduğu kimi zəhərlənmə ehtimalınız var, buna görə qidalanmanıza fikir verin. Şəxsi həyatınızda siz iki romantik münasibət arasında qalacaqsınız. İşdə yeni danışıqlar və axtarışlar gözlənilir. Emosiyalara qapılmasanız bu ayda çoxlu müvəffəqiyyət qazanmaq şansınız var. Çalışın ağılla hərəkət edəsiniz.

Xərçəng
Həyatınızın həyəcanlı dövrü başlayır. Əməkdaşlarınız sizinlə mübahisə etməyə başlayacaq, yerinizə və cibinizə göz dikəcək. Şəxsi həyatınızda da eyni vəziyyət yaranacaq. Çalışın ehtiyatlı və təmkinli davranasınız. Maddi durumunuz o qədər ürəkaçan olmaya bilər, pula qənaət etməlisiniz.

Şir
Mənasız söhbət və hadisələrdən uzaq durmanız məsləhətdir. Bu ayı istirahətə sərf etsəniz uduzmazsınız. Sənədləşmə işlərində diqqətli olun, bəzi çətinliklər yarana bilər. Tanımadığınız mühitə düşdükdə problemlər olacaq, onların öhdəsindən ustalıqla gələcəksiniz. Qohumlarınızın sizə ehtiyacı olacaq.

Qız
Sizə maraqlarınıza uyğun olmayan təkliflər gələcək. Onları qəbul etməli olacaqsınız, çünki bu işi təklif edən insan sizə faydalı ola bilər. Yeni xərclər üzə çıxacaq, maddi vəziyyətiniz tez-tez dəyişəcək. Ailədə kiçik problemlər yaranacaq ki, bunu yalnız siz həll edə bilərsiniz. Övladlarınıza qarşı diqqətli olun.

Tərəzi
İşgüzar həyatınız üçün iyul ayı olduqca müvəffəqiyyətli olacaq. Maddi baxımdan sıxıntı çəkməyəcəksiniz, bununla yanaşı, əlavə gəlir əldə etmək ehtimalınız var. Şəxsi həyatda yalnız subay xanımların bəxti gətirəcək. Ailənizlə bağlı qalmaqallar yaşayacaqsınız və bu, əsəblərinizə təsir edəcək.

Əqrəb
Çoxdan saxladığınız sirlər üzə çıxacaq. Böyük ehtimal ki, bu sizin şəxsi həyatınızla bağlıdır. Ehtiyatlı olun, ailədə problemlər yarana bilər. İşinizə ciddi yanaşın, bəzi əməkdaşlarınız ayağınızın altını qazacaq. Bu ay sizə gələcəkdə kömək olacaq yeni təkliflər gələcək. Maddi baxımdan əziyyət çəkməyəcəksiniz.

Oxatan
İşinizlə əlaqədar səhayətə çıxacaqsınız. Bəzi məsələlərdə iş yoldaşlarınızla dil tapmağa çalışın. Əsəbiləşib özünündən çıxmayın. Problemləri sülh yolu ilə həll edin. Şəxsi həyatınız romantika ilə dolu olacaq. Hərdən seçim qarşısında qala bilərsiniz.

Oğlaq
Əgər iyulda səyahət nəzərdə tutmusunuzsa, yaxşı olar ki, bunu ayın ikinci yarısında həyata keçirəsiniz. Şəxsi məsələlərdə ehtiyatlı olun, illərlə davam edən münasibətlər bir anda sona çata bilər. Peşəkar sahədə öz ideyalarınıza ehtiyac qalmayacaq, başqalarının fikrindən istifadə edərək işinizdə uğur qazana bilərsiniz.

Dolça
Sizi əsl qalmaqallar burulğanı gözləyir. Ən asand çıxış yolu heç kəsin tərəfini tutmamaqdır. İşdə yoldaşlarınızı tez-tez əvəz etməli olacaqsınız. Şəxsi həyatınız yeni hadisələr və sürprizlərlə dolu olacaq. Çalışın başınızı itirməyin. Maddi vəziyyət sabit olraq qalacaq, lakin səhətinizlə bəzi problemlər yarana bilər.

Balıqlar
Yeni layihələrə imza atmaq üçün əlverişli vaxtdır. Uzaq yaşayan partnyorlarla əməkdaşlığı bərpa etmək işinizə yarıya bilər. Həmçinin səyahət etmək üçün əla zamandır. İşə başınızı qatıb, səhətə diqqət yetirməyi unutmayın. Ailədə sakitcilikdir, nikahda olmayan sevgililər isə ayrıla bilər.
  • 4-07-2014, 21:00
  • 1128
  • 2
Offline
  • №: 2
  • 14 İyul 2014 18:08
  • Xəbər sayı: 7
  • Şərh sayı: 241
Əkizlər
Yayın ortasında sizin həmişə olduğu kimi zəhərlənmə ehtimalınız var, buna görə qidalanmanıza fikir verin. Şəxsi həyatınızda siz iki romantik münasibət arasında qalacaqsınız. İşdə yeni danışıqlar və axtarışlar gözlənilir. Emosiyalara qapılmasanız bu ayda çoxlu müvəffəqiyyət qazanmaq şansınız var. Çalışın ağılla hərəkət edəsiniz.

--------------------
Offline
  • №: 1
  • 4 İyul 2014 23:06
  • Xəbər sayı: 3
  • Şərh sayı: 254
Buğa İyul ayında sizi fors-major situasiya gözləyir. Lakin problemlərin həll olunma yolu var və siz onların öhtəsindən öz başına gələcəksiniz. Maddi durumunuz dəyişməyəcək. Ailədə bəzi anlaşılmazlıqlar ola bilər. Səyahət üçün yaxşı vaxtdır, lakin onun asand keçib-keçməyəcəyi məlum deyil. Sükan arxasında olarkən diqqətli olun.

--------------------

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Hansı mobil telefondan işlədirsən?

HTC
Samsung
Sony
Iphone
Nokia
LG
Blackberry
Huawei
Başqa