Diqqət :

Bürclərə görə tətil

Bölmə: Bürclər
Bürclərə görə tətil
 
Qoç
Macəra və hərəkətli insansınız. Bilinməyən xarici yerlərə səyahət etmək, ya da çox xüsusi bir idman fəaliyyətinə qatılmaq sizə görədir. Aktiv olmayan tətillər sizə görə deyil. Müəyyən, rəhbər tətilləri də sizə görə deyildir.

Buğa
Tətildə çox-çox hərəkət etməyi sevməzsiniz, özünüzlə baş-başa qalmaq sizə görədir. İdeal tətil sizin üçün kiçik dəyişikliklər və hərəkətin olduğu, ləzzətli yeməkləri olan bir tətildir.

Əkizlər
İşdən qopmaq sizin üçün olduqca çətindir, yeni insanlarla tanış olacağınız bir səyahət planlaya bilərsiniz. Bu işsiz
olduğunuz tətil müddətində davamlı çalışan əkizlər beynini məşğul edəcək. Getdiyiniz yerləri və etdiklərinizi bloq kimi məkanlarda paylaşmaqdan da kef ala bilərsiniz.

Xərçəng
Dəniz mənzərəli bir oteldə ailənizlə birlikdə bir tətil sizə görədir. Ayrıca, növ-növ ev yeməkləri də mükəmməl bir yay tətili üçün sizə lazımdır.

Şir
Gündəlik həyatınızdan uzaq, tanış olmaq istədiyiniz insanların olduğu və maraqların üzərinizdə olacağı bir yerdə tətil etmək istəyərsiniz. Hər vaxt səs gətirməkdən xoşlanarsınız, yaz əyləncələriniz dost ətrafınız olsun yanınızda. Yəni hərəkətli və əyləncəli bir tətil sizin üçün idealdır.

Qız
Xidmət etməkdən və işə yaramaqdan başqa sizi heç bir şey xoşbəxt edə bilməz. Dünyanı qorumağa istiqamətli şeylər etmək sizi xoşbəxt edər. Sahil ya da park təmizləmə könüllülərinə kömək edə bilərsiniz.

Tərəzi
Bir neçə günlüyünə spada xüsusi bir proqram sizin üçün idealdır. Rahatlama və istirahət etmə üzərinə fantastik tətillər sizə görə.

Əqrəb
Sizin üçün mağara səyahətləri olan tətillər idealdır. Dərinlərdə gizli şeyləri araşdırmağı sevirsiniz. Dəniz altındakı yerlər, qaranlığın gizlədiyi xəzinələr,  mağara araşdırdığınız yerlər tam sizə görədir.

Oxatan
Uzaq və uca yerləri görəcəyiniz, fərqli yeməklər dadacağınız, dilləri və mədəniyyətləri öyrənəcəyiniz tətillər sizin üçün idealdır. Sıradan bir tətil yerinə səyahətlərlə dolu macəralı bir tətili seçərsiniz.

Oğlaq
Tətil? Tətil də nədir? İşdən daha əhəmiyyətli bir şey yoxkən, bir az ara vermək sizə görə çətindir. Ancaq hər kəsin tətilə ehtiyacı vardır. Hədəflərinizə çatdıqca yaşadığınızı hiss edirsiniz. Dağa dırmanma kimi hədəf təyin etmənizi təmin edən səyahətlər sizin üçün ideal ola bilər.

Dolça
Kosmosa tətil dövrləri təşkil edilənə qədər, adi olmayan, fərqli tətil variantları sizə görədir. Əl dəyməmiş meşələrə
yoldaşlarınızla və ya qrupla edilən bir səyahət sizi xoşbəxt edə bilər. Azadlığınıza meyllisiniz. Fərdi əşyalarınızda yanınızdadırsa sizdən xoşbəxti olmaz.

Balıqlar
Dərin, ruhu olan tətillər sizə görədir. Təbiətdə yoldaşlarınızla bir neçə gün düşərgə salmağı təcrübədən keçirin. Ətrafı öyrənəcəyiniz zaman karaoki ya da musiqi alətləri ilə ruhunuzun ehtiyacı olan şeyləri də edə bilmənizdən zövq alın.

  • 8-07-2014, 18:00
  • 475
  • 1
Offline
  • №: 1
  • 9 İyul 2014 11:40
  • Xəbər sayı: 3
  • Şərh sayı: 254
Buğa Tətildə çox-çox hərəkət etməyi sevməzsiniz, özünüzlə baş-başa qalmaq sizə görədir. İdeal tətil sizin üçün kiçik dəyişikliklər və hərəkətin olduğu, ləzzətli yeməkləri olan bir tətildir.

tam menim istediyim kimi

--------------------

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Facebook dostlarınızın sayı nə qədərdir?

10+
50+
100+
300+
500+