Diqqət :

Oğlanlar oxusun! Qıza evlilik təklif etməyin YOLLARI

Əgər məşhur «kəbinbaz» Məşədi İbadın gününə düşmək istəmirsizsə, o zaman evlənmək istədiyiniz xanıma doğru-düzgün elçilik etməyi öyrənməlisiz. Əgər evlilik təklifini düzgün etməsən, hətta səni sevən qızdan belə birinci cavab olaraq «YOX» alacaqsan...
 
Oğlanlar oxusun! Qıza evlilik təklif etməyin YOLLARI
 
Qıza evlilik təklif etmək olmaz, əgər Sən:

Sərxoşsansa

Özünü yaxşı hiss etmirsənsə

Harasa tələsirsənsə və ya qızın vaxtı azdırsa

Telefonla təklif etmək heç məsləhət deyil

Əlamətdar günləri seç:

Xanımın ad günü, 8 Mart, Yeni il gecəsi, Novruz bayramı və tanışlığınızın ildönümü gününü
ikiqat bayrama və unudulmaz tarixə çevirin.
Hazır ssenarilər

Həyatında bir dəfə atacağın addımı yaxşı - yaxşı götür-qoy et. Lazım gəlsə, əvvəlcədən
ssenari qur. Əgər fantaziyan geniş deyilsə, o zaman təklif etdiyimiz hazır variantlardan istifadə edə bilərsən. Bir şərtlə: bu yerdə qüruru bir kənara qoymalısan. Çünki qürur sənə mane olacaq.
 
Oğlanlar oxusun! Qıza evlilik təklif etməyin YOLLARI
 
Ağ atlı oğlan: Hər bir qız uşaqlıqdan «Ağ atlı oğlan» nağılının həsrəti ilə yaşayır. Onun xəyalını gerçəyə çevirmək çətin deyil. Cıdıra gedib, kirayəyə at götürürsən, yaxud da Dənizkənarı parkdakı faytonların biri ilə danışırsan. Qıza görüş yeri təyin edirsən və yaxud da onun evinə bir dəstə qızılgül göndərirsən. Çiçək dəstəsinə «Səni sevirəm. Mənimlə evlənərsənmi?» yazılmış açıqca qoyursan. Qızın məktubu oxuyacağı anı əvvəlcədən hesabla. Həmin vaxt qıza zəng edib,
«Pəncərədən bax» deyirsən. Təbii ki, bu zaman sən atın belində və yaxud faytonda olursan. Qız aşağı düşən kimi onun qarşısında diz çöküb, ən gözəl sözlərlə evlilik təklifini edirsən. 
 
Oğlanlar oxusun! Qıza evlilik təklif etməyin YOLLARI

Sirli qutu: Qıza çox böyük qutuda hədiyyə göndərirsən (adamboyu hündürlüyündə). Qutunun içində 20 dənə iç-içə müxtəlif ölçülü qutular yerləşdir. Hər qutunun içinə simvolik hədiyyələr və ya güllər qoya bilərsən. Ən sonuncu qutu isə üzüyün qutusu olsun. 

«Görüşərik» oyunu: Qıza kağız göndərib, ona konkret bir yeri görüş üçün təyin edin. Həmin yerdə də onun üçün bir kağız və qızılgül qoyub, başqa bir yerə gəlməsini xahiş edin. 2-3 belə «tapmacalı» görüşlərdən sonra, onu restoranda və ya təbiət qoynunda şampan, şirniyyat və qızıl üzüklə qarşılayın.

«Restoranda sürpriz»: Romantik nahar təşkil edib, qızı dəvət edin. Adi söhbətlər, yemək… Amma əvvəlcədən ofisianta tapşırığınızı verin. Naharın sonuna yaxın o, məcməyidə üzük qutusu və kağızla qıza yaxınlaşıb, «Sizə məktub var» desin. Təbii ki, məktubda «Əzizim, mənimlə evlənərsən?» sözləri qeyd olunmalıdır.
 
Oğlanlar oxusun! Qıza evlilik təklif etməyin YOLLARI
 
Sehirli: 
İllüzionistin köməyi ilə sevgilinizə mistik gecə yaşadın. Sehrbazın sehri ilə nişan üzüyü onun cibindən və ya çantasından çıxacaq. Daha sonra gül, şirniyyat… Və nəhayət, sən dilə gəlib, evlənmə təklifini edirsən.

Qızın evinin qarşısında yanan şamlardan «Mənə ərə gəl» sözlərini yaz. Daha sonra zəng edib, qızı pəncərəyə çağır. Əgər razıdırsa, pəncərəni açmasını xahiş et.

Müasir elektron versiyalar-Hightech

Yüksək texnologiyalar əsrində köhnə metodlardan yapışıb qalmaq günah olar. Belə ki...

1. Onun evində kompüter varsa, evlənmək təklifin yazılmış diski ona ver və bildir ki, elə bu dəqiqə diskə bax. O, diskə baxana kimi sən üzüyü onun qarşısında hazır et.

2. Qızın iş yerinin və ya evinin qarşısında böyük ekran qurdurub, slayd vasitəsilə ona evlənmək istədiyini bildir.

3. Təklifini videolentə çəkdir və görüş zamanı ona nümayiş etdir.
  • 22-08-2014, 15:00
  • 2078
  • 0

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Hansı mobil telefondan işlədirsən?

HTC
Samsung
Sony
Iphone
Nokia
LG
Blackberry
Huawei
Başqa