Diqqət :

Kişilərin futbol sevgisinin səbəbləri

Kişilərin futbol sevgisinin səbəbləri
 
Görəsən, niyə xüsusilə kişilərin həyatında futbol matçlarını seyr etmək, bir futbol komandasının tərəfdarı olmaq bu qədər əhəmiyyətlidir? Niyə kişilər futbolu fanatik olma dərəcəsində bu qədər çox sevib təqib etməyə çalışır, hətta bütün plan və proqramlarını matç saatlarına görə qururlar?
 
Azarkeşlik etdikləri komandanın qazanmalarından çox xoşbəxt olub, itirdiklərində depressiyaya girəcək qədər özlərini pis hiss edirlər?
 
Bu və digər sualların cavablarını idmansevərlərlə bərabər psixoloqlar illərdən bəri araşdırmaqdadır. Araşdırmalara görə xüsusilə kişilərin matç seyr etməsinin ən əhəmiyyətli səbəblərindən biri fikirlərini dağıtmasıdır. Futbol gərgin iş rejimindən, gündəlik həyatın gətirdiyi məsuliyyətlərdən qurtuluş vasitəsidir.
 
Kişilərin futbol sevgisinin səbəbləri
 
Eyni zamanda, kişi matçı seyr edərkən özünü komandanın, ya da bir oyunçunun yerinə qoyur . Yəni, özünü onunla eyniləşdirir. Azrkeşlik etdiyi oyunçunun, yaxud komandanın müvəffəqiyyətini öz uğuru kimi qəbul edir. Oyun bitdiyində əgər komandası qazanıbsa, hesabı soruşduğumuzda şəxsin "bacardıq” deməsini yəqin çoxları eşidib. Əslində "bacardıq” kişilərin özlərini komandaları ilə nə qədər eyniləşdirdiklərinin ən güclü dəlilidir.
 
Necə ki, qadınlar aktrisa və modelləri özlərinə ideal seçərək onlara bənzəməyə çalışır, eləcə də kişilər futbolçuları özlərinə kumir hesab edirlər. Çünki futbolçu şəxsiyyətinin özü kişiyə şöhrət, güc, pul, rəqabət və dayanıqlılıq kimi hisslər gətirir və kişilərin özlərini daha yaxşı hiss etməsini təmin edir.
 
Kişilərin futbol sevgisinin səbəbləri
 
Psixologiyada bu məlumatları dəstəkləyən "İctimai şəxsiyyət nəzəriyyəsi”nə görə, özünə inamı olmayan şəxslər özlərini tək və təcrid edilmiş hiss edər, qayğılı hiss edərlər. İdman tərəfdarlığı "birlik”, "bərabərlik” və "bağlılıq” duyğularının kişilərdə yüksəlməsini təmin edir. Həmçinin depressiya riskini azaldır. Eyni zamanda futbol, kişiləri yeknəsəklikdən uzaqlaşdırır. Qadınların həyatı qədər rəngli və dolu olmayan həyatlarına həyəcan və coşğu qatmasına köməkçi olur.
 
Ayrıca futbol kişilərin içində basdırdıqları aqressiyanı sağlam şəkildə ortaya çıxarmasına fürsət verir. Kişilər xüsusilə matç seyr etdikləri an dünyadan əlaqələrini kəsə bilər, heç kimin düşüncələrinə, söylədiklərinə əhəmiyyət verməzlər.
 
Kişilərin futbol sevgisinin səbəbləri
 
Kişilər üçün futbol seyr etmək bir növ ictimailəşmə, ünsiyyət formasıdır. Bu zaman azarkeşin içində hər cür strategiya və taktika olur və beyni işlədir. Kişilər üçün futbol bir növ müalicədir . Hörmətlərini gücləndirən, aid olma duyğusunu yaşadan, həyəcan, coşğu və kef verib adrenalin ifraz edən müalicə. Həyatın stress, məsuliyyət və yeknəsəkliyindən qaçış fürsəti təmin edən vasitə sayıla bilər. Futbol yalnız bir oyun deyil, gerçək mənada kişilərə təqdim edilə bilən bir hədiyyədir. Bununla birlikdə, yenə də diqqət yetirməmiz lazım olan nöqtə isə hər şeydə olduğu kimi həyatımızda futbol taraftarlığında da həddindən artığa qaçmamaqdır. Yəni fanatikləşməmək.
 
Nəticədə həyatdakı bir çox şey kimi futbol da asılılığa səbəb ola bilər.
  • 29-07-2014, 18:00
  • 521
  • 0

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Hansı mobil telefondan işlədirsən?

HTC
Samsung
Sony
Iphone
Nokia
LG
Blackberry
Huawei
Başqa