Diqqət :

Qadınlar saqqallı kişiləri bəyənir

 
Qadınlar kimi biz kişilər də daim sevdiyimiz insanın gözündə gözəl görünmək üçün çalışmalıyıq. Bunun üçün sevdiyimiz qadının kişilərdə bəyəndiyi əsas xüsusiyyətlər haqqında məlumatlı olmağımız mütləqdir. Əziz kişilər, bu dəfə sizə qadınların böyük hissəsinin bizim barəmizdəki fikrləri haqqında məlumat vermək istəyirik. Oxuyun və onların kişilərin xarici görünüşündə əsas diqqət etdiyi özəlliklər barədə daha yaxından tanış olun.

"Social Psychological and Personality Science” jurnalında çap edilən bir araşdırmada göstərilir ki, qadınlar  hələ də gur saçlı kişiləri daha cazibədar hesab edirlər. Lakin bütün bunlarla yanaşı onların fikrincə, keçəl kişilər çox vaxt yaraşıqlı olmasalar da, bu saç modeli onları daha inamlı və özünəəmin göstərir. Buna görə də onlar uzunsaçlıları yaraşıqlı hesab etsələr də, keçəl kişilərlə birlikdə ola bilirlər. Ancaq keçəllik dedikdə qətiyyən seyrək saçlar nəzərdə tutulmur. Qadınların fikrincə, seyrək saçlı kişilər daha etibarsızdırlar.

Eyni zamanda sözügedən məqalədə o da bildirilir ki, qadınlar özlərinə tərəf müqabili seçərkən kişilərin üz quruluşuna və saqqallarına qarşı da xüsusi həssaslıqla yanaşırlar. Belə ki, onlar gur saqqallı və təmiz üzlü kişiləri eyni dərəcədə yaraşıqlı hesab edirlər. Bu zaman qadınlar tərəfindən  heç arzu edilməyən tərəf müqabili çirkli saqqallı kişilərdir.
 

Bu qədər,əziz kişilər. Bu dəfə sizi müəyyən qrup qadınların fikri ilə tanış etməyə çalışdıq. Amma unutmayaq ki, bu fikirlər heç də bütün qadınların münasibəti deyil. Əsas odur ki, sizi olduğunuz kimi sevən və qəbul edən insanı tapasınız.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Hansı mobil telefondan işlədirsən?

HTC
Samsung
Sony
Iphone
Nokia
LG
Blackberry
Huawei
Başqa