Diqqət :

Sobada quzu

Sobada quzu

Tərkibi:

 

1 kq quzu ətinin sinəsi (Dana ətinin sinəsi də, toyuğun sinə əti də ola bilər)

2 baş soğan

5 diş sarımsaq

1 qaşıq tomat

1 çay stəkanı maye yağ

5 ədəd badımcan

4 ədəd balqabaq

500 qr. təzə paxla (konserv ola bilər)

4 ədəd kartof

4 ədəd qırmızı pomidor

4 ədəd acı bibər

2 ədəd qırmızı bibər

Kifayət qədər duz, istiot, kəklikotu, qırmızı istiot

3 ədəd dəfnə yarpağı

200 qr. kərə yağı

 

Hazırlanması:

 

Orta həcmli tavanın içinə soğanları uzun-uzun doğrayraraq, az duz ilə ovularaq öldürülür. Üzərinə tomat və maye yağ qoyularaq qarışdırılır. Ətlər və sarımsaq əlavə edilərək yaxşıca hamarlanır. Dəfnə yarpaqları atılır. Üzərinə sırası ilə paxlalar, balqabaqlar, badımcanlar və kartoflar iricə doğranaraq döşənir. Ən üstünə yenə iricə doğranmış pomidor və bibərlər döşənir. Kəklikotu, duz və qara bibər səpilərək dilimlənmiş kərəyağı ən üstünə yayılır. Üzərinə bir su stəkanı su tökülərək ədviyyatların yayılması gözlənilir. Tavanın ağzı bir neçə qat yağlı kağızla və ya aliminium folqa ilə örtülüb kənarından pambıqlı bir iplə möhkəmcə dolanaraq bağlanır. Əvvəl ocağın üzərində qaynama istiliyinə gəlməsi təmin edilib 250 dərəcə sobaya qoyularaq təxminən 100-120 dəqiqə bişirilir. Qoxusu bişdiyinin işarəsi olacaqdır. Bir müddət qaldıqdan sonra süfrəyə verilir.

 

Nuş olsun!

  • 9-08-2013, 19:35
  • 989
  • 2
Offline
  • №: 2
  • 11 Avqust 2013 10:16
  • Xəbər sayı: 709
  • Şərh sayı: 132
he yemisem dadli olur

--------------------
Offline
  • №: 1
  • 10 Avqust 2013 01:13
  • Xəbər sayı: 5
  • Şərh sayı: 118
aaa menim yemek xeberlerimi yaman beyenirsiz ha ^.^

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Facebook dostlarınızın sayı nə qədərdir?

10+
50+
100+
300+
500+