Diqqət :

Orxideya salatı

Orxideya salatı
 
Tərkibi:
300 q toyuq filesi
200 q koreya üsulu yerkökü
3-4 kartof
1 xiyar
2-3 yumurta
100 q basdırma edilmiş göbələk
10 q kartof çipsləri
150-200 q mayonez
1 çimdik duz
1 çimdik istiot

Hazırlanması:
Orxideya salatının bir neçə hazırlanma qaydası var. Fileni vetçina, basdırma edilmiş göbələyi qızardılmışı ilə əvəz etmək olar. Toyuq ətini suda tam bişirin. Koreya üsulu yerkökünü azca xırdalayın (Koreya üsulu yerkökünü hazırlamaq üçün 500 qr kökü saman kimi doğrayın. Sarımsağı və keşniş toxumunu əzin, duz, qırmızı və qara istiot, duz, 1 çimdik şəkər tozu ilə birlikdə yerkökü ilə qarışdırın. Bir soğanı çox xırda doğrayıb yağda qızardın. Sonra soğanı yağdan çıxarın. Yağı qaynar-qaynar kökün üzərinə gəzdirin. Sonra buna 1,5-2 x.q sirkə də əlavə edib qarışdırın) . Kartofu suda qabıqlı bişirin. Yumurtaları suda qaynadın. Salat qabına öncə xırda doğranmış toyuq ətini döşəyin. Duz-istiot vurub mayonez çəkin. Kartofu təmizləyib kub-kub doğrayın, döşəyin. Duz vurub mayonez çəkin. Basdırma göbələkləri döşəyin.
Yumurtaları təmizləyin, ağını sarısından ayırın. Yumurta ağlarını sürtgəcdən keçirib göbələyin üstünə döşəyin. Koreya üsulu yerkökünü döşəyin. Azca mayonez çəkin. Xiyarı yuyub qurudun, xırda kub-kub doğrayıb döşəyin. Salatın üstünə və kənarlarına mayonez çəkin. Soyuducuda minimum 1 saat saxlayın.
Yumurta sarılarını sürtgəcdən keçirin. Kartof çipslərini salatın üstünə çiçək formasında düzün, aralarına yumurta sarısı səpin.

Nuş olsun!
  • 16-05-2014, 09:00
  • 978
  • 0

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Facebook dostlarınızın sayı nə qədərdir?

10+
50+
100+
300+
500+