Diqqət :

Vişnəli Tort

Bölmə: Tortlar
Vişnəli Tort
 
Vəsaitlər:
Biskivit üçün:

- 180 qr yumşaldılmış kərə yağı
- 200 qr şəkər tozu
- 4 yumurta
- 180 qr biskivit 
- un
- 85 qr toz badam
- 100 ml süd
- 1 çay qaşığı qabartma tozu
- 3 yemək qaşığı
rəndələnmiş şokolad

Kremi üçün:

- 450 ml süd
- 60 qr ağ şokolad
- 1 yumurta sarısı
- 1 çay stəkanı toz şəkər
- 2 xörək qaşığı un 
- 1 paket vanil
- 2 yemək qaşığı nişasta
- 1 su stəkanı çəyirdəksiz vişnə

Hazırlanması:

Kərə yağı və şəkəri mikserlə krem halın​​ alana qədər çırpın. Yumurtaları tək- tək əlavə edib çırpmağa davam edin. Un, toz badam, qabartma tozu, rəndələnmiş şokolad və südü əlavə edib qarışdırın. Qarışığı biskivit qəlibinə töküb 180 dərəcəyə nizamlanmış sobada təxminən 50 dəqiqə bişirin. Bişdikdən sonra soyumağa qoyun. Daha sonra süd, un, yumurta sarısı, şəkər, vanil, nişastanı qazana əlavə edin. Orta temperaturda pudinq halına gələnə qədər bişirin. Mikserlə çırparaq soyudun, 3- 4 yemək qaşığı qədər ayırın. Qalan kremi vişnələrə əlavə edin və qaşıqla qarışdırın. Biskiviti eninə ortadan ikiyə kəsib vişnələri və kremi arasına əlavə edin.Biskivitin üzərinə ayırdığınız kremi və 40 qr ağ  şokoladı əridib vişnələridə yarısına qədər şokolada batırın. Yağlı kağız üzərində donmaya buraxın. Vişnələridə keksin üzərinə yerləşdirib fındıq səpib süfrəyə verin.
  
Nuş Olsun!
  • 1-05-2014, 09:00
  • 1805
  • 1
Offline
  • №: 1
  • 19 İyul 2014 12:44
  • Xəbər sayı: 7
  • Şərh sayı: 241
elemek olar )))))))

elemek olar xebere gore tsk)

--------------------

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Facebook dostlarınızın sayı nə qədərdir?

10+
50+
100+
300+
500+