Diqqət :

Diqqət! Cinsi aktivliyi artıran dərmanlar saç tökür

Diqqət! Cinsi aktivliyi artıran dərmanlar saç tökür
Mütəxəssislərin sözlərinə görə, kişilərdə saç tökülməsinin əsas səbəbi orqanizmdəki maddələr mübadiləsindən asılı olaraq testosteron hormonunun dihidrotestorona çevrilməsidir. Bu zaman tük köklərinin qidalanması zəifləyir. Bu isə öz növbəsində saçların seyrəkləşməsinə və əvvəlki parlaqlığını itirməsinə səbəb olur. Bu proses isə kişilərdə saçların tökülməsi, qadınlarda isə seyrəkləşməsi ilə nəticələnir. Saç tökülməsinin səbəbləri isə müxtəlif ola bilər. Bu məsələnin kökündə irsilik, hormonal, texnogen faktorlar, keyfiyyətsiz qidalanma və stress kimi ən müxtəlif səbəblər dayana bilər.

Bu gün əksər kişilərdə saç tökülməsinin iki əsas səbəbi var: irisi faktor və stress.
Həkimlərin sözlərinə görə, əgər bir kişinin ailəsində bu problemdən əziyyət çəkən varsa, onda saç tökülmə ehtimalı digər kişilərə nisbətən daha çoxdur. Lakin bu heç də müalicəsi olmayan xəstəlik deyil. Təbii tərkibli müxtəlif kosmetik vasitələr bu zaman köməyimizə çata bilər. Amma bu heç də o demək deyil ki, ailədə və ya nəsildə kimsə saç tökülməsindən əziyyət çəkirsə, bu mütləq şəkildə onların övladlarında da özün biruzə verəcək.

Bundan başqa aşağıda göstərilənlər də saç tökülməsinə səbəb ola bilər:

1. Saçlarla oynamaq, onları qırmaq bir müddətdən sonra saçların sürətli formada tökülməsinə səbəb olur.

2. Saçları tez-tez fenləmək. Çox vaxt saçımızı qurudarkən fenin istiliyini 200 dərəcəyədək qaldırırıq. Hətta ən sağlam saç belə bu "işgəncədən” sağ qurtula bilməz.

3. Rəng açıcıdan istifadə etmədən saçı fərqli rəngə boyamaq. Bu qəfil müdaxilə saçınızı yandırır və onun tökülməsinə səbəb olur.

4. Dəmir və zülal saçların qidalanmasını təmin edən əsas maddələrdəndir. Buna görə də bədəndə dəmir və zülal azalanda saç tökülməsi baş verir.

5. Qəfil arıqlamaq. Birdən-birə 7-8 kq çəki itirməyiniz bədəndəki bir çox maddələr mübadiləsinə təsir edir. Bu isə xarici görünüşümüzdə də özünü biruzə verir.

6. Əks təsirini, orqanizminizə uyğun olub-olmadığını bilmədiyimiz halda qəbul etdiyimiz dərmanlar saçlarımızın tökülməsinə səbəb olur. Kişilərin cinsi aktivliklərini artırmaq məqsədilə istifadə etdikləri müxtəlif dərmalar bu baxımdan xüsusilə təhlükəlidir.

Ümumilikdə mütəxəssislərin sözlərinə görə, əgər siz 30 yaşınıza çatdıqda saçlarınızın 50%- tökülməyibsə, tamamilə keçəl qalmağınız mümkün deyil.

  • 21-07-2014, 23:00
  • 1019
  • 0

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Facebook dostlarınızın sayı nə qədərdir?

10+
50+
100+
300+
500+