Diqqət :

Seks başlıqlı yazılar niyə çox oxunur?

Seks başlıqlı yazılar niyə çox oxunur?
 
İnternet saytlarına, xəbər portallarına girəndə qarşımıza tez-tez içində seks sözü olan başlıqlar, kiminsə açıq-saçıq şəkilləri çıxır. Əksəriyyət o saytları qınasa da, danılmaz fakt budur ki, bu tip yazılar digərlərindən qat-qat çox oxunur. Bəs bunun səbəbi nədir? Axı niyə media hansısa yazının daha çox oxunması üçün ona "seksual başlıq” seçir?
Bu sualı türk köşə yazarı Sərdar Turqut araşdırıb və hər şeyin beynimizlə bağlı olduğunu ortaya çıxarıb:
"İnsan beyni çox möcüzəvi və mürəkkəb orqandır. Bu mürəkkəb orqanın işləmə mexanizmini başa düşmək üçün məsələləri bir az sadələşdirmək lazımdır. Sadələşdirəndə isə "Bizim əslində üç beynimiz var” nəticəsinə gəlirik.
Köhnə beyin – kəllə sümüyünün arxa tərəfindəki bölümdür; hərəkətlərimizə nəzarət edir, mövcudluğumuz və yaşamağımızla birbaşa bağlıdır. Əsas qərarları verir və digər iki beyindən gələn məlumatları toplayır.
Orta beyin – hisslərlə bağlı bölümdür; intuisiya və hislərə nəzarət edir.
Yeni beyin – alnımıza yaxın bölümdür; rasional məlumatları işləyir, rasional düşüncə buradan idarə olunur.
Son araşdırmalar göstərir ki, beynimizə saniyədə 11 milyon informasiya daxil olur. Beynimiz bunların ancaq 40 ədədini istifadə edir. Qalan informasiya isə köhnə beyindəki şüurxarici bölümə yönəlir. Bu, Freydin şüuraltı anlayışından fərqlidir. Şüurxarici yaşamaq üçün avtomatik etdiyimiz işlərdən ibarətdir.
Media nəzəriyyəsi üzərində işləyənlər, xüsusilə internet vasitəsilə uğur qazanmaq istəyənlərə üç beyin bölümünə də xitab edən tədbirlər görməyi məsləhət görürlər. Onlar əsasən köhnə beyinə xitab etməyi bacarmalıdırlar. Adından da göründüyü kimi bu bölüm ən birinci inkişaf edən və genetik kodların toplandığı bölümdür.
Yəni təkamül nəzəriyyəsini də nəzərə alsaq, biz vizual məlumatları oxuyaraq əldə edilən məlumatlardan daha tez öyrənirik. İnsan beyni 2500 fotonu uzun müddətdən sonra 90 faiz dəqiqliklə xatırlayır. Eşitdiyimiz, yaxud oxuduğumuz şeylərin bir il sonra ancaq 10 faizini xatırladığımız halda, gördüyümüz bir şəkli bir il sonra 63 faiz xatırlaya bilirik.
Demək, beynin vizual (əyani) bölümünə xitab etmək internet-media sahəsindəki "uğurun əsas açarı”dır.
Araşdırmalar onu da deməyə imkan verir ki, bir müddətdən sonra foto paylaşma şəbəkəsi "Instagram” və video paylaşma şəbəkəsi "Youtube” digər sosial şəbəkələri qat-qat üstələyəcək.

Seks
Köhnə beyin mövcudluğumuz və yaşamağımızla bağlı olduğu üçün seks həmişə ən təsirli vasitə olacaq. Saytlarda istifadə etdiyimiz seksual motivli və ya erotik şəkillər beynin demək olar ki avtomatik diqqətini çəkir.

Yemək şəkilləri
Yemək şəkilləri də köhnə beyninin diqqətini avtomatik çəkənlərdəndir. Sırf bu səbəbdən "New York Times” qəzetinin saytındakı yemək şəkilləri, slayd şouları böyük maraq yaradır və sayta çox sayda oxucu gətirir.

  • 11-05-2014, 23:00
  • 950
  • 1
Offline
  • №: 1
  • 13 May 2014 00:28
  • Xəbər sayı: 3
  • Şərh sayı: 254
tewekkur xebere goreeeeeeee,............

--------------------

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Facebook dostlarınızın sayı nə qədərdir?

10+
50+
100+
300+
500+