Diqqət :

Yalnız subaylar oxusun - MƏSLƏHƏT

 


 Karyerana görə? Seçim etməkdə çətinlik çəkirsən? Yoxsa qadağan olunmuş, gizli sevgi yaşayırsan? Deyə bilmədiyin problemlərin var? Üzgünsən?

 

Bəli, 30 yaşına çatmısınız və hələ də evlənməmisinizsə, yuxarıda sadaladığımız suallardan ən azı birinə mütləq məruz qalmısınız deməli. Problem ondadır ki, "Niyə evlənmirsən?" soruşan birinə verdiyiniz sadə cavab onu razı salmayacaq, çünki o, detallarına qədər hər şeyi bilmək istəyir. Woman.joy.az  "Niyə evlənmirsən?" sualı ilə sizi bezdirən insanlara verə biləcəyiniz 5 gözəl cavabı təqdim edir.

 

1. Birlikdə yaşaya biləcəyim və onsuz qala bilməyəciyim birini gözləyirəm. Adi bir cavab olsa da, doğrudur. Bəziləri toplumun "dır-dır"ından xilas olmaq üçün çox tez tanış olub, çox tez ailə qururlar. Ancaq hər kəsin həyat tərzi fərqlidir. Bəzi qadınlar yanlış bir insanla "nə olursa olsun, təki ailəm olsun", - deyib yaşamaqdansa, yalnız yaşamağı seçirlər.

 

2. Evlilik peşmanlığı ortadan qaldırmaz və həqiqətən sevmədiyiniz birini həyatınızın sevgisinə çevirməz. "Evlənəndən sonra sevəssən", - kəlməsi yanlışdır. Evlilik üçün birini seçib sevgidən uzaq qalmaq, yanlış insanla münasibət yaşamaqdan da böyük peşmanlıqlar yaşadar.

 

3. Bəzi insanlar evliliyə çox dəyər verdikləri üçün evlənmirlər.  Onlar sadəcə evlilik deyil, sağlam və güclü bir evlilik istəyir. İnsanlar, evlənməyən insanların daimi, eyni yaşayış və bağlanmaq istəmədikləri üçün evlənmədiklərini deyirlər. Evlənməyənlər "yaxşı gündə, pis gündə..." kəlməsinin ciddiyyətini dərk edib, daha düzgün seçim etmək istəyirlər.

 

4. Bütün qızlar eyni fikirlə tərbiyə olunmurlar. "Qızlar təkbaşına öz ayaqları üstündə dura bilməzlər. Qız nədi, işləmək nədi?!  Getsin ailə qursun, uşaqlarına baxsın. Qızın işi budu". Çoxları bu cür düşünür. Kişilərin istədiyi vaxt həyat yoldaşı seçmə şansları var. Ancaq qızlar böyüyən kimi tez ərə gedib bütün ehtiyac və istəklərini həyat yoldaşının üzərinə yıxmalıdır. Bu, yanlış istiqamətdir. Qızları da təhsil alaraq, peşə seçərək, işləyərək həyatda nəyəsə nail olmasına təşviq etməliyik. Bununla onlar da gələcəkdə təkbaşına, öz ayaqları üstündə durmağı bacararlar.

 

5. Evlənmək bir seçimdir və hər seçim bir digərindən imtina etməkdir.  Bütün qərarlarımız ürəyimizcə olmaya bilər. Etdiyi hər şeydən 100 faiz razı qalan bir insan tanıyırsınızmı? Xeyr.  Daxilimizdə olan günah, peşmançılıq, güvənsizlik hissi özümüzü, qərarlarımızı sorğulamağımıza səbəb olur.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Hansı mobil telefondan işlədirsən?

HTC
Samsung
Sony
Iphone
Nokia
LG
Blackberry
Huawei
Başqa