Diqqət :

İnsanların qəribə asılılıqları - PSİXOLOJİ

 

Telefon və kompüterinizdə gündə neçə saat oyun oynayırsınız? Ləzzətli hesab etdiyi yeməyi hər gün yeməkdən bezməyən, hər gün alış-veriş mərkəzlərini gəzən insanlar artıq asılıya çevriliblər. Olduqca sevimli qəbul etdiyiniz bu fəaliyyətlərin altında bir asılılıq gizlənə bilərmi? Maraqlandığınız şeylərin sizdə aludəçiliyə dönüşməməsi üçün lazım olan davranış tiplərini öyrənməlisiniz.
 
Cinsi asılılıq: Cinsi aktivliyə olan asılılığın müalicəsi narkotik maddələrə olan asılılığın müalicəsi kimi aparılır. Bu asılılığın əlaməti vəziyyətin riskli və pis nəticələnə bilməsindən qorxmayaraq nəzarətin itirilməsidir.
 
İnternet asılılığı: Psixoloqlar internet asılılığını həqiqi asılılıq hesab etməsələr də, bu hal bir çox insanlar üçün həqiqətən ciddi bir problemə dönüb. Bu asılılıq həm iş yerində, həm evdə mənfi hallarla nəticələnə bilər. Araşdırmalar insanların gün ərzində 6-14  saatını internetdə keçirdiyini ortaya çıxarıb. Bu da insanlarda internet asılılığına yol aça bilər.
 
Alış-veriş asılılığı: Nəzarətdən çıxan bir davranış tipidir. Məhsulları almadığınızda üzülür və aldığınızda peşmanlıq hissi keçirirsiniz.  Şkafınızda hələ də geyinmədiyiniz, üzərində qiyməti olan geyimləriniz qalıbsa, siz də alış-veriş asılısı ola bilərsiniz. Bu, ən çox qadınlarda rastlanır və psixoloqla məsləhətləşməklə həlli mümkündür. 
 
Video oyun asılılığı: Araşadırmalara görə, video asılılığının kişilərdə daha çox rastlandığı müəyyən olunub. 8-18 yaş arasında olan hər 10 kişidən biri video oyunu asılısıdır. Psixoloq dəstəyi almaları vacibdir.  
 
Estetik əməliyyat asılılığı: İnsanlar dəyişmək üçün dəfələrlə bıçaq altına yatırlar. İstədiyi nəticəni əldə etmək üçün xəstəxanaları gəzirlər. Bu cür insanlar bədənlərini bəyənmədikləri üçün əməliyyat ağrısı deyil, psixoloji bir ağrı çəkirlər.
 
Qida asılılığı: ABŞ da yetişkin insanların yüzdə üçü yemək pozğunluğu yaşayırlar. Bunun əlamətləri - hissləri sakitləşdirmək üçün, özünü yalnız hiss etdiyində yemək yemək və sonra günahkar hiss etməkdir. Bu asılılıq depressiyayla əlaqələndirilir.
 
Adrenalin asılılığı: Həyəcan axtaran insanların çoxu narkotik maddə aludəçiləri kimi eyni əlamətləri daşıyırlar. Onlar daha həyəcanlı, təhlükəli macəralar axtarırlar və araşdırmalara görə, onların beynində narkotik maddə aludəçilərinin beynində olduğu kimi eyni oyanma əlamətləri yaşanır.
 
Qumar asılılığı narkotik maddə asılılığına yaxındır və mütəxəssislər bunu ciddi davranış pozğunluğu adlandırır. Araşdırmalar bu asılılığın narkotik maddə asılılığı kimi beynin eyni bölgələrini oyandırdığını göstərib. Bu davranış pozğunluğunun müalicəsi də, narkotik maddə asılılığı müalicəsi kimi eyni mərhələlərlə aparılır.  

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Hansı mobil telefondan işlədirsən?

HTC
Samsung
Sony
Iphone
Nokia
LG
Blackberry
Huawei
Başqa