Diqqət :

Köhnə sevgilini unutmağın ən asan yolu

Sevdiyiniz insanla ayrıldığınız zaman onu unutmağınız üçün həftələr, aylar, hətta illər lazım ola bilər. Bu müddət ərzində yada düşən keçmiş xatirələr, xoş günlər uzun müdəət əzab çəkməyinizə səbəb olacaq, amma hər şeyin əvvəlki halına qayıtmasına ümidiniz yoxdursa, onunla aranızda olan bütün münasibətin bitdiyini düşünürsünüzsə, bundan sonrakı həyatınıza qaldığınız yerdən davam etməyiniz üçün hər şeyi unutmaq lazımdır. Bunun üçün sizə kömək olacağını düşündüyümüz bir neçə məsləhət vermək istəyirik.


Bütün hisslərinizi sözə çevirin
Ayrılıqdan sonra bütün hisslərinizi, kədərinizi ətrafdan gizlətmək, ürəyinzə atmaq sizə daha çox əzab verəcək. Bundansa daha yaxşı olar ki, bütün hisslərinizi, fikirlərinizi özünüzə yaxın hesab etdiyiniz biri ilə bölüşəsiniz.Danışdıqca rahatladığınızı özünüz də hiss edəcəksiniz.

İdman edin
Ayrılıqdan sonra uzun müddət stress keçirəcəksiniz. Yaşadığınız bu stres ətrafınızda baş verən pozitiv hadisələri görməyinizə və onlara görə sevinməyinizə mane olacaq. Stressin səbəb olduğu digər bir hal isə piylənmədir. Yəni, stressdən qurtulmağınız həm neqativ enerjidən, həm də artıq çəkidən xilas olmağınız deməkdir. Buna görə də idmanla məşğul olmağa səy göstərin. Əgər idman zalına gedəcək qədər çox vaxtınız yoxdursa, evdə yüngül məşq hərəkətlərini təkrarlayın.

Bir siyahı hazırlayın
Hadisələrə hisslərinizlə deyil, ağlınızla yanaşın. Köhnə sevgilinizi unutmağınız üçün ən birinci onu niyə unutmalı olduğunuzu dərk edin. Sevmədiyiniz xüsusiyyətlərini, ayrılmağınıza səbəb olan hərəkətlərini, sözlərini bir siyahıda yazın. Bu siyahını tərtib etdikdən sonra onu unutmağınızın nə üçün lazım olduğunu bir daha dərk edəcəksiniz.

Yeni insanlarla tanış olun
Köhnə sevgilini uzun müddət unuda bilməməyinizin əsas səbəblərindən biri də bütün günü onun haqqında düşünməyinizdir. Hər günü sevgilinizi düşünərək keçirmək əvəzinə yeni insanlara tanış olmağa, ünsiyyət qurmağa çalışın. Daha maraqlı insanlarla tanış olduğunuz zaman köhnə maraq dairənizin dəyişməyə başladığını hiss edəcəksiniz. Yenidən başqa biri ilə münasibətə başlayın demirik, amma dənizdəki yeganə balığın o olmadığını dərk edin.

Tətilə gedin
Əgər mailyyə vəziyyətiniz imkan verirsə, qısa müddətlik belə olsa tətilə çıxın. Tətil müddətində mümkün olduğu qədər onun haqqında düşünməməyə çalışın. Bu qısamüddətli tətildən qayıtdıqdan sonra beyninizin müəyyən qədər təmizləndiyini hiss edəcəksiniz.

Xatirələri yox edin
Bir də heç vaxt münasibətinizin bərpa olunmayacağını düşünürsünüzsə, ilk olaraq işə köhnə sevgilini xatırladan əşyaları ortadan qaldırmaqla başlayın. Onun sizə aldğı hədiyyələri, ikinizin və ya onun şəkilini, ona aid hər hansısa bir əşyanı, hətta telefon siyahınızdakı nömrəsini belə yox edin. Qısacası, gözünüzün önündə olan hər şeyin onu xatırlatmasına icazə verməyin.

Xarici görünüşünüzü dəyişin
Onsuz yeni bir həyata başlayırsınızsa, deməli müəyyən dəyişikliklərin də zamanıdır. Məsələn, stilinizi, saç formanızı dəyişərək işə başlaya bilərsiniz. Unutmayın, dəyişikliyin tam olması üçün həm daxili, həm xarici dəyişiklik bir bütün təşkil etməlidir.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Hansı mobil telefondan işlədirsən?

HTC
Samsung
Sony
Iphone
Nokia
LG
Blackberry
Huawei
Başqa