Diqqət :

Qadınların nəzərinə: kişilər sizdə bunları axtarır

Bölmə: Sevgi
 
Bəlkə hələ də aramızda "Xarici gözəllik önəmli deyil, əsas insanın daxili gözəlliyidir” deyə düşünənlər var. Amma yəqin, başqalarının yanında bu fikri söyləyənlər ən azından özlərinə etiraf edirlər ki, fikirlərində səmimi deyillər. Çünki bir insanın daxilini tanımaq üçün əvvəlcə onun xarici görünüşünü sevmək lazımdır. Çoxlarımız xarici görünüş baxımından ürəyimizə yatmayan insanların daxili dünyasını tanımaqda maraqlı olmuruq. Əmin ola bilərsiniz ki, kişilər üçün də sizin xarici gözəllik çox böyük əhəmiyyətə malikdir. Elə biz də budəfəki məqaləmizdə kişilərin qadınların xarici görünüşündə diqqət etdiyi əsas özəlliklər barəsində məlumat vermək istəyirik.
 
Dodaqlar çox önəmlidir
Qadınların dodaq quruluşu və istifadə etdikləri pomada kişilərə təsir etməkdə çox mühüm əhəmiyyətə malikdir. Kişilər nəsə izah edərkən istifadə etdiyiniz dodaq mimika və hərəkətlərinizə fikir verirlər. Onlar üçün danışarkən dodağını dişləyən bir qadından təsirlənməmək böyük məharət tələb edir. Amma eyni zamanda kişilər bu hərəkətdən onları yoldan çıxarmaq üçün istifadə etdiyinizin fərqindədirlər.
 
Saçlarınıza fikir verirlər
Əminliklə deyə bilərik ki, kişi üçün qadın deyəndə ilk ağıla gələn şey gözəl saçlardır. Sözsüz ki, qısa saçları sevən kişilər də var. Amma kişilərin böyük əksəriyyəti uzun saçlara üstünlük verir. Əmin olun ki, rəngi solmuş, baxımsız, səliqəsiz formada yığılan saçlarınız heç bir kişinin gözündə cazibədarlıq simvolu deyil.
 
Geyiminiz sizə yaraşır?
"Mənə hər şey yaraşır” deyə düşünürsünüzsə, yanılırsınız. Dəvət olunduğunuz yerə uyğun geyinmirsinizsə, geyiminizlə bədəninizdəki qüsurları örtməyə çalışmırsınızsa, məni sevən bu halımla da sevər deyə düşünürsünüzsə, yaxşı olar ki, tez zamanda bu fikri ağlınızdan çıxarasınız. Çünki kişilər üçün özünəməxsus geyim tərzi olan qadınlar daha maraqlıdır.
 
Bədən quruluşu
Kişilərin gözündə cazibədar görünmək istəyirsinizsə, bədən quruluşunuzu ideal ölçülərə uyğunlaşdırmağınız mütləqdir. Artıq çəkiləriniz varsa, tez zamanda ondan qurtulmağa çalışın. Çünki biz kişilər üçün "Bu mənim xanımımdır” deyə ətrafdakılara tanıdacağımız insanın xarici görünüşü çox önəmlidir. 

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Facebook dostlarınızın sayı nə qədərdir?

10+
50+
100+
300+
500+