Diqqət :

Tənhalara müjdə: oxuyun və bir həftəyə sevgili tapın!

Bölmə: Sevgi
 
"Sevgilim yoxdu", - deyib şikayətlənməyin. 

Uzun müddətdir yalnızsınız və bayıra belə çıxmırsınız. Ancaq artıq bayıra çıxmağın vaxtı gəlib yetişdi. İlk öncə xarici görünüşünüzə əl gəzdirin, çünki gərək əvvəl insan özü özünü bəyənsin. Özünü bəyənməyən birini başqasının bəyənməsi bir qədər mümkünsüzdür. Həm də bəyənilmək özünüzə inamınızı artırmş olacaq. Saçınızı kəsdirin, makiyajınızda, geyiminizdə dəyişiklik edin. Əgər imkanınız varsa, tamamilə yeni imicdə ətrafınızdakıları təəccübləndirin.

 

Daha əvvəl getdiyiniz məkanlarda hər kəsi tanıyırsınız deyə bu dəfə gəzmək üçün yeni yerlər kəşf edin. Yaşam tərzinizə uyğun yerlərdə sizə bənzər, sizinlə eyni düşüncədə olan insanlar mütləq vardır. Yeni insan kütləsinə daxil olmaaqdan çəkinməyin. Dostunuz, ya rəfiqənizlə gəzintiyə çıxın və gözlərinizi dörd açın.

 

Alış-veriş mərkəzləri, kino, kafe, restoran, barlar yeni insanlarla tanış olmaq üçün uyğun məkanlardır. İnsan həyatını bəzən tamamilə dəyişən elə təsadüflərdir. Başınızı aşağı salıb yeriməkdən əl çəkin, dik gəzin, ətrafınızda baş verən hər şeyə fikir verin. Bəlkə  kənardan biri də sizə fikir verir.

 

Dostlaırınızla zəngləşib görüşməkdən çəkinməyin. Bəlkə onların sayəsində çevrəniz dəyişə bilər. Dostunuz, ya rəfiqənizin indiyə kimi görmədiyiniz hansısa bir dostu sevgiliniz ola bilər. Ev partiləri, ad günləri kimi çoxlu insan olan dəvətlərə mütləq gedin.

 

Sevdiyiniz işlər, hobbilərinizə uyğun bir yerlərə, dil, rəqs, rəssamlıq kurslarına gedin. Yeni insanlarla tanış olmaq üçün onların gəlməsini gözləməyin. Siz onlara gedin.

 

İşdə, ya məktəbdə sizi çox güldürən bir dostunuz, ya bəyəndiyiniz biri niyə də sevgiliniz olmasın. Əvvəl ona sadəcə dost gözüylə baxmış ola bilərsiniz, ancaq unutmayın ki, hər an hər şey ola bilər.

 

Ətrafa diqqətlə baxın. Bir əsərdə deyildiyi kimi bəlkə siz qırmızı işıqda gözləyərkən sevgi qarşı tərəfdə yanan yaşıl işıqda keçib getmiş ola bilər.

"Gözü elə hey gəzir", - desələr də  fikir verməyin.  Dərhal "Mən bu insanla sevgili ola bilmərəm, tipim deyil", -  kimi mənfi düşüncələrə qapılmayın. İlk düşüncələr aldadıcı ola bilər və onu da bilin ki, xarici görünüş hər şey demək deyil.

 

İndi İnternet dövrüdür. Artıq 3 yaşındakı uşaqlar belə internetdən istifadə edir. Yeni biriylə tanış olmaq üçün internetdən yararlanın, ancaq insanların virtual olaraq özlərini fərqli təqdim edə biləcəkləri ehtimalını da unutmayın. Tanımadığınız bir insana bütün sirrlərinizi deməyin və əgər onunla görüşsəniz, çoxlu insan olan yerdə görüşün və hətta görüşə dostunuz, ya rəfiqənizlə getsəniz, daha yaxşı olar.

 

Bir az cəhd etsəniz, tənha keçirdiyiniz günlərin bitməsi bir an məsələsidir. 

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.

Məşhur xəbərlər

Ən çox baxılan xəbərlər

Gündəlik bürclər

QOÇ
QOÇ(21 Mart - 20 Aprel)

Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın.

BUĞA
BUĞA(21 Aprel - 20 May)

Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz.

ƏKİZLƏR
ƏKİZLƏR(21 May - 21 İyun)

Yersiz risklərə lüzum yoxdur

Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

XƏRÇƏNG
XƏRÇƏNG(22 İyun - 22 İyul)

Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.

Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz

ŞİR
ŞİR(23 İyul - 22 Avqust)

Enerjinizi qoruyun.

Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın.Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

QIZ
QIZ(23 Avqust - 22 Sentyabr)

Fikrinizdəkilər reallaşacaq.

Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

TƏRƏZİ
TƏRƏZİ(23 Sentyabr - 22 Oktyabr)

Ola bilsin ki, yeni iş təklifləri alasınız.

Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

ƏQRƏB
ƏQRƏB(23 Oktyabr - 21 Noyabr)

Böyük işlər astanasındasınız.

Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

OXATAN
OXATAN(22 Noyabr- 21 Dekabr)

Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin.

OĞLAQ
OĞLAQ(22 Dekabr - 19 Yanvar)

İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin.

Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

DOLÇA
DOLÇA(20 Yanvar - 18 Fevral)

Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin.

Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

BALIQLAR
BALIQLAR(19 Fevral - 20 Mart)

Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.

Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız.

Sorğu

Facebook dostlarınızın sayı nə qədərdir?

10+
50+
100+
300+
500+